“Kitabi-Dədə Qorqud” dastanının taleyində İlham Əliyev mərhələsi
7-03-2025, 09:38

Azərbaycan xalqının tarixi keçmişini özündə əks etdirən “Kitabi-Dədə Qorqud” dastanı Prezident İlham Əliyevin həmişə diqqət mərkəzində olmuşdur. Belə ki, möhtəşəm sənət abidəsi Azərbaycan xalqının tarixi keçmişini, vətənpərvərliyini, mənəvi dəyərlərini, adət-ənənələrini, toponimlərini, qəhrəmanlığını, müdrikliyini, dünyagörüşünü, tarixi hadisələrini, şəxsiyyətlərini, mədəniyyətini özündə cəm etdiyi üçün olduqca böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyev dastanın öyrənilməsinin, dünyada geniş tanıdılmasının və təbliğinin vacibliyini bildiyi üçün dövlət səviyyəsində əsərin qorunmasının göstərişini vermişdir. Prezident İlham Əliyev tarixi abidənin dövlət səviyyəsində qorunmasını təmin etdiyi üçün Azərbaycanla yanaşı digər ölkələrdə də abidənin təntənəli açılışlarında iştirak etmişdir. Buna misal olaraq, onun Brüsseldə Dədə Qorqudun 2004-cü ildə abidəsinin açılışında iştirak etməsini göstərmək olar. Ümumiyyətlə, Azərbaycanda ulu öndər Heydər Əliyevdən sonra Dədə Qorqudun xatirə-memorial və memarlıq komplekslərinin yaradılması Prezident İlham Əliyevin adı ilə bağlıdır. O, eposun tarixi-etnoqrafik kompleksinin yaradılması üçün müntəzəm olaraq öz göstərişini vermişdir. Prezident İlham Əliyevin göstərişi ilə Bakı şəhərinin Nərimanov rayonunda 6 hektar ərazidə “Kitabi-Dədə Qorqud” dastanının baş qəhrəmanı Dədə Qorqudun şərəfinə park salınaraq, geniş tikinti və abadlıq işləri görülərək eposun abidəsi ucaldılmışdır. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin göstərişi ilə “Kitabi-Dədə Qorqud” dastanının baş qəhrəmanı Dədə Qorqudun şərəfinə salınan parklarda da müntəzəm olaraq tikinti-quruculuq işlərinin aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Azərbaycan xalqının milli sərvəti olan “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının keçmiş həyat tərzini, məişətini, psixologiyasını özündə əks etdirdiyi üçün Prezident İlham Əliyev tərəfindən eposun tədqiqi ilə bağlı elmi işlərin çoxaldılması əmri verilmişdir. O, dastanın Azərbaycan xalqına mənsub olduğunu dünya ictimaiyyətinə çatdırmaq üçün çox böyük işlər görülməsinin göstərişini vermiş və bu önəmli məsələni daim diqqət mərkəzində saxlamışdır. “Kitabi-Dədə Qorqud” dastanının öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği Prezident İlham Əliyevin dövlət siyasətinin ayrılmaz hissəsi və əsas istiqamətlərindən biridir. Dastanın Azərbaycanda öyrənilməsinin, dünyada geniş tanıdılmasının və təbliğinin bu qədər önəmsənilməsi nəticəsində Türk dünyası ilə qarşılıqlı əməkdaşlıq və müsbət demoqrafik dinamika yaradılmışdır. Prezident İlham Əliyev eposun Azərbaycanda təbliği məqsədi ilə çoxsaylı mədəni tədbirlər, festivallar, müsabiqələr keçirilməsi göstərişini vermiş, əsərin dünya miqyasında tanınmasında mümkün olan bütün tədbirlərin keçirilməsini tapşırmışdır. Azərbaycan xalqının dünyaya bəxş etdiyi ədəbi-mədəni abidə olan “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan mədəniyyətinin, tarixinin, ədəbiyyatının, dilinin gələcək nəsillərə ötürülməsi üçün bir vasitədir. Bu amil əsərin dövlət səviyyəsində qorunmasını labüd edirdi. Yüksək bəşəri idealların tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olan “Kitabi-Dədə-Qorqud” dastanı Azərbaycan tarixinin öyrənilməsi üçün tarixi-etnoqrafik məlumatlarla olduqca zəngin olduğu üçün ölkə başçısı tərəfindən eposun tədqiqi, nəşri və təbliği ilə əlaqədar dövlət səviyyəsində və beynəlxalq miqyasda böyük təntənəli tədbirlər keçirilmişdir. Eposun İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş tədbirlər və beynəlxalq miqyasda təşkil edilmiş kompleks fəaliyyətlər nəticəsində möhtəşəm ədəbi abidəyə münasibətdə yeni bir era başladı. Epos Azərbaycan xalqı, onun tarixi və folkloru haqqında dolğun məlumat daşıdığı üçün Prezident İlham Əliyevin hakimiyyəti illərində onun tədqiqi, nəşri və təbliği sahəsindən ciddi bir dönüş başlanmış və mühüm elmi-ədəbi nailiyyətlər əldə edilmişdir. Ədəbiyyat və mədəniyyət məfhumlarından böyük siyasətdə istifadə etməyi bacaran nadir siyasət xadimlərindən biri olan Prezident İlham Əliyev “Kitabi-Dədə-Qorqud” dastanını məharətlə dünya mədəniyyətinin fenomenal hadisəsinə çevirməyi bacarmışdır. Azərbaycan xalqının milli sərvəti olan epos zəngin tariximizi, qədim mədəniyyətimizi və milli-mənəvi dəyərlərimizi özündə ehtiva etdiyi üçün qorqudşünas alimlərimizin - tarixçilərin, dilçilərin, ədəbiyyatşünasların, etnoqrafların və elmin başqa sahələrinin nümayəndələrinin tədqiqat obyekti olmuşdur. Prezident İlham Əliyev qorqudşünas alimlərimizin himayədarıdır. Çünki qorqudşünas alimlər tərəfindən qorqudşünaslıq sahəsində çox mühüm addımlar atılaraq bütün türk xalqlarının tarixi və mədəniyyəti üçün mötəbər işlər görülmüşdür. İlham Əliyev Azərbaycan qorqudşünaslarının Azərbaycanı beynəlxalq aləmdə Dədə Qorqudun və qorqudşünaslıq elminin vətəni kimi tanıtdırmasını hər bir zaman yüksək qiymətləndirmişdir. Prezidentin göstərişi ilə Azərbaycanda Dədə Qorqudun heykəlləri qoyulmuş və dünya miqyasında geniş təbliğ olunması sahəsində böyük əhəmiyyətə malik olan tədbirlər həyata keçirmişdir.
Həcər Atakişiyeva
TEREF