AZƏRBAYCANLİ MASONLAR.
Bu gün, 11:04

YAZIÇI, salnaməçi, jurnalist, tərcüməçi, redaktor, etnoqraf, Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə “Azərbaycan” qəzetinin baş redaktoru olan CEYHUN HACIBƏYLİ 1891-ci ildə Şuşada anadan olub, 1962-ci ildə isə Parisdə vəfat edib. Bilinən odur ki, o, 1925-ci ildə Parisdə Qafqazdan olan emiqrantların daxil olduğu “QİZİL QOYUN DƏRİSİ” (“LA TOİSON D’Or”) lojasına qəbul olunub.
O, BUNDAN başqa 19.02.1927-ci ildə Parisdə fəaliyyət göstərən “PROMETEY” lojasına da üzv olub. Ondan başqa, daha 3 azərbaycanlı - SADIQ BƏY HACINSKİ (29.04.1925), ABİDİN MİRQASIMOV (29.04.1925) və QASIM QASIM
ZADƏ (31.01.1925) də bu lojaya qəbul olunublar.
QEYD edək ki, C.Hacıbəyli dahi bəstəkarımız Üzeyir Hacıbəylinin qardaşı idi.

MƏŞHUR Bakı milyonçusu İsa bəy Hacınskinin oğlu SADİQ BƏY HACINSKİ 1887-ci ildə Bakı şəhərində anadan olub. 1913-cü ildə Peterburq Universitetinin hüquq fakültəsində, sonra Kazan universitetində oxuyub. 1916-cı ildə Kazan universitetinin hüquq fakültəsini bitirib. 1919-cu ildə Fransaya mühacirət edib. Burada 29 aprel 1925-ci ildə “QİZİL QOYUN DƏRİSİ” Lojasına qəbul olunub.
S.HACİNSKİ 1940-cı ildə Parisdə vəfat edib.

HACI ZEYNALABDİN TAĞIYEV MASON OLUB?
- DƏQİQ məlumat olmasa da, belə güman edilir ki, HACİ ZEYNALABDİN TAĞIYEV mason olub. Guya o, 1911-ci ildə ALMANİYADA mason lojasına qəbul olunub. 1914-cü ildə Birinci Dünya Müharibəsinin başlanması səbəbilə Almaniya kayzeri II VİLHELM onun ailəsini, özünü və Rusiya səfirliyinin əməkdaşlarının öz ölkəsinə qayıtması üçün şərait yaradılması haqda xüsusi tapşırıq verib.
H.Z.TAGİYEV haqqında ətraflı məlumat M.Süleymanovun “Azərbaycan milyonçuları: Hacı Zeynalabdin Tağıyev” kitabında verilib. Orada Tağıyevin uşaqlıqda bənna şagirdi kimi çalışması, milyonçu olan zaman divarda başının üstündə bənna alətlərini asdığı yazılır.
YENƏ qeyd edirik ki, bu, bir versiyadır və bir şəxsin mason olması konkret loja qeydləri ilə təsdiqlənməlidir.

MİRZƏ FƏTƏLİ AXUNDOV MASON OLUB?
- ÜMUMİYYƏTLƏ, bir çox məşhur azərbaycan lının mason olması ilə bağlı ehtimallar var. Lakin bu, hər hansı rəsmi sənədlə təsdiqlənmir. MİRZƏ FƏTƏLİ AXUNDOV ilə bağlı da o cümlə dən. Sadəcə onun mason olması ehtimalını gücləndirən “dəlillərdən” biri, yazdığı məktub larda yer alan fikirlərdir. Mirzə Fətəli Axundov məktublarında cəmiyyətin maariflən dirilməsi yolunda özünü “BU MƏRAM UĞRUNDA ÇARPIŞAN MÜCAHİD” adlandırırdı.
Sevda Amanova
TEREF