Avropa Oyunları Azərbaycanın dünyaya barış mesajıdır...

6-06-2015, 08:01           
Avropa Oyunları Azərbaycanın dünyaya barış mesajıdır...
Avropa Oyunları Azərbaycanın dünyaya barış mesajıdır... Artıq “Bakı-2015” Birinci Avropa Oyunlarının başlanmasına sayılı günlər qalıb. Bu oyunlar vasitəsilə Azərbaycan tarix yazmağa hazırlaşır. Oyunların başlamasını səbirsizliklə gözləyirik. Həmin gün ölkəmizə minlərlə turist axın edəcək. Bu da Azərbaycanda turizmin inkişafına bir növ kömək olacaq. Bu, bizə imkan yaradacaq ki, mədəniyyətimizi, folklorumuzu, qonaqpərvərliyimizi dünyaya nümayiş etdirək. Azərbaycan böyük bir gücə, qüvvəyə malikdir ki, belə böyük bir tədbirə ev sahibliyi edir. Artıq ölkəmiz dünyada sayılıb-seçilən dövlətlərdən birinə çevrilib. Azərbaycanımızın tanınması, inkişafı, səsinin eşidilməsi üçün Avropa Oyunlarının burada keçirilməsinə ehtiyac var idi. Xalqımız sözün əsl mənasında tarixi günlərin astanasındadır. Bu, ölkəmiz üçün çox əhəmiyyətli bir yarışmadır Bu bir faktdır ki, Avropa Oyunlarının vətənimizdə keçirilməsi hər bir azərbaycanlı üçün qürurverici bir hissdir. İnsan baxdıqca fəxr edir, ürəyi açılır. Doğrudur, bəzən çətin məqamlara da rast gəlirik. Evə qonaq gələndə hamı həyəcan keçirir ki, qonaq ondan narazı getməsin. Biz də ev sahibiyik. Belə mötəbər tədbirə ev sahibliyi edirik. Bu çətinliklərə sinə gərmək lazımdır. Gələn qonaqların yanında ölkəmizi yüksək mədəniyyətlə təqdim etməli və onları məmnun halda yola salmalıyıq. Hamımız bu işdə dövlətimizin yanında olmalıyıq. Eyni zamanda bu Oyunların ölkəmizdə keçirilməsini böyük bir mədəniyyət hadisəsi kimi qiymətləndirmək olar. Eyni zamanda, ölkəmizin imicinə çox müsbət təsir edən bir hadisədir. Azərbaycan gənc bir ölkədir, amma buna baxmayaraq, dünyanın güclü dövlətləri ilə eyni sırada dayana bilirik. Dünyanın super gücləri ilə Azərbaycan bərabər hüqulqu partnyer kimi danışır. Artıq Azərbaycan dünyanın siyasi gücü olan dövlətləri ilə eyni səviyyədə sözünü deyə bilir. Etiraf edək ki, idman həm siyasət, həm bütün sivilizasiyaların görüşü, həm də mədəniyyət festivalı deməkdir. Bu mənada, Azərbaycan belə bir möhtəşəm tədbiri keçirməklə çox şeylər qazanır. Beynəlxalq aləmə nüfuzlu bir dövlət olaraq imza atır. Eyni zamanda qapılarını dünya xalqlarının üzünə açır, barış-dostluq nümayiş etdirir. Bütün ölkələrə çağırış edir ki, bəli, biz bütün xalqlarla görüşə bilirik, əl-ələ tuta bilirik, dostluq etməyi bacarırıq. Bunula biz düşmənlərimizə də gücümüzü göstəririk. Belə yarış keçirtməyə imkan edən dövlət torpaqlarını işğal altında qoymayacaq.
Qarşısında Qarabağ kimi bir problem olan Azərbaycan bu möhtəşəm idman yarışı ilə dünyaya öz gücünü nümayiş etdirir.
Əsas isə bu idman yarışı Azərbaycanın dövlətçiliyinə xidmət etməsidir ki, buna biz vətəndaşlarda var gücümüzlə kömək etmliyik.
Nurəddin Xoca












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.