Şahin Şıxlinskinin Rusiya dövləti tərəfindən girov götürüldüyü TƏSDİQLƏNİR - “Onunla 2 FSB agentini dəyişmək istəyirlər”

Bu gün, 15:12           
Şahin Şıxlinskinin Rusiya dövləti tərəfindən girov götürüldüyü TƏSDİQLƏNİR - “Onunla 2 FSB agentini dəyişmək istəyirlər”
“Rusların əlində Şahin Şıxlinski ilə bağlı hansısa sübut yoxdur, amma içəridə saxlayırlar. Mən belə düşünürəm və məndə olan məlumatlar da bunu təsdiq edir ki, onlar özlərini “Sputnik”in jurnalisti kimi təqdim edən və Azərbaycanda saxlanılan 2 FSB işçisi ilə Şahin Şıxlinskini dəyişdirmək istəyirlər”.

Bu sözləri “Yeni Sabah”a Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Elçin Şıxlı deyib.

O bildirib ki, Rusiyanın hüquq-mühafizə orqanları Yekaterinburqda yaşayan azərbaycanlıların hamısından tələb edir ki, "Ural-Azərbaycan" diaspor təşkilatının sədri Şahin Şıxlinskinin əleyhinə ifadə versinlər:

“Soydaşlarımız da sağ olsunlar, buna getmirlər. Şahin Şıxlinski ilə birlikdə oğlunu da saxlayıblar. Mutvalı Şıxıinski hələ çox cabvandır, onu niyə saxlayırsınız?! Oğluna

10 il həbs vermək istəyirlər. Şahin ŞIxlinskini isə vətənə xəyanətdə ittiham edirlər. Rusların məqsədi odur ki, həmin ittihamları onların boynuna qoysunlar”.

Elçin Şıxlı qeyd edib ki, Rusiyanın bu əməlləri sadəcə siyasi şantajdır:

“Onlar Azərbaycanın gözünü qorxutmaq istəyirlər. Son məlumatlara görə, Səfərov qardaşlarının hətta cənazələrinə də əlavə şeylər tətbiq ediblər. Nədənsə onlar Rusiya vətəndaşı ola-ola çox asanlıqla onları Azərbaycana verdilər. Çünki onların meyitlərinin təhqir olunması ilə bizə gözdağı vermək istəyirlər. Bunlar adam deyil!”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru