Virus infeksiyalarına qarşı universal dərman preparatı yaradılıb

Bu gün, 15:16           
Virus infeksiyalarına qarşı universal dərman preparatı yaradılıb
Alimlər eyni anda bir neçə virusa, o cümlədən koronavirusuna qarşı qoruma təmin edən eksperimental "mRNA" dərman vasitəsi hazırlayıblar.

Bu barədə "Science" elmi jurnalında məqalə dərc olunub.

Tədqiqatın əsasında nadir "ISG15" adlı zülal çatışmazlığı olan insanlara dair müşahidələr dayanır. Belə şəxslərdə antiviral genlərin yüngül, lakin daimi aktivliyi müşahidə olunur və bu onların hüceyrələrinin infeksiyalara qarşı daha effektiv mübarizə aparmasına imkan verir. Bu fenomeni əsas götürən alimlər eyni cür "universal müdafiə" təmin edən 10 əsas "ISG" genini müəyyən ediblər.

Yoxlama üçün bu genlər "mRNA" texnologiyası vasitəsilə lipid nanozərrəciklərinə yerləşdirilərək heyvanlara yeridilib. Təcrübələr göstərib ki, bu müalicə metodu Zika, vezikulyar stomatit, qrip və SARS-CoV-2 viruslarına qarşı hüceyrələrin davamlılığını əhəmiyyətli dərəcədə artırır.

Tədqiqatçılar bildirirlər ki, maksimal effektivlik yalnız bütün 10 gen bir yerdə yeridildikdə əldə olunur. "mRNA" preparatlarının çatdırılmasında müəyyən texniki məhdudiyyətlər olsa da, bu tədqiqat müxtəlif infeksiyalara qarşı profilaktikada istifadə oluna biləcək universal antiviral vasitələrin yaradılmasına yol aça bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru