Stablecoin 40 milyon dollar investisiya alıb

Bu gün, 15:24           
Stablecoin 40 milyon dollar investisiya alıb
İsveçrədə fəaliyyət göstərən stablecoin startapı "M0" B seriyası raundunda 40 milyon dollar investisiya alıb.
2023-cü ildə yaradılan "M0", şirkətlərə həm mövcud "stablecoin"lər üzərində tətbiqlər qurmaq, həm də öz rəqəmsal valyutalarını yaratmaq imkanı təqdim edir.

Şirkətin həlləri artıq "MetaMask", "Noble", "Usual Labs" və "Playtron" kimi layihələrdə istifadə olunur.

Mütəxəssislər bildirirlər ki, ABŞ-da qəbul edilən "GENIUS Act" ilə sektorun böyüməsi sürətlənib və stablecoin bazarının dəyəri 289 milyard dolları keçib.

"M0"nun uğurlu raundu da bu artan tendensiyanın bir göstəricisidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru