Rusiyada hakim Vahid Rusiya partiyasının üzvü, Krasnodar diyarının Tixoretski rayon şurasının deputatı Vitali Kapustinin meşəlik ərazidə meyiti tapılıb. TEREF xəbər verir ki, bu barədə TASS-a regional hüquq-mühafizə orqanlarından məlumat verilib.
43 yaşlı Vitali Kapustin “Vahid Rusiya” partiyasının üzvü, Tixoretski Rayon Şurasının deputatı olub.
O, Şurada kənd təsərrüfatı və torpaq idarəçiliyi, kommunal xidmətlər, nəqliyyat, rabitə və ictimai abadlıq komitəsinin sədri olub, eyni zamanda “Kubanspetsstroy” MMC-nin direktoru vəzifəsində çalışıb.
Deputatın ölümü ilə bağlı araşdırmalara başlanılıb. İstintaq orqanları bildiriblər ki, ilkin məlumat cinayət xarakteri daşımır.
Lakin şahidlərinin sözlərinə görə, meyit ağacdan asılmış vəziyyətdə, əlləri arxadan bağlı halda olub.