Çibanıq,irinik,ziyilik,Vətən, Biz sənə heç layiq deyilik,Vətən.

11-06-2015, 23:46           
Hər işdə fırıldaq,hər an saxtayıq,
Özümüz yatmışıq,nəfsimiz ayıq.
Qoymuşuq qumara uduzmaqdayıq,
Öyrəndik oğruluq,əyrilik,Vətən,
Biz sənə heç layiq deyilik,Vətən.
Həqiqət atına mindik yalandan,
Min dəfə min cildə girdik yalandan,
Danışdıq yalandan,dindik yalandan,
Hiyləyə,fitnəyə meyilik,Vətən,
Biz sənə heç layiq deyilik,Vətən.
İtirib torpağı,itirdik arı,
Beşəlli qoruduq dövləti,varı,
Yaxşı ataların pis övladları,
Nankoruq,bivecik,veyilik ,Vətən,
Biz sənə heç layiq deyilik,Vətən.
Vəzifəyə qurban getdi obalar,
Millət zillət içrə hər gün çabalar,
Qəbirdən tüpürür bizə babalar,
O üzü,bu üzü silirik,Vətən,
Biz sənə heç layiq deyilik,Vətən.
Cəhalət söyləyən,mövhumat yayan,
Savaddan uzağıq,şeytana uyan,
Dinlə elmi qarşı-qarşıya qoyan,
Nadanıq,qanmazıq,cahilik,Vətən,
Biz sənə heç layiq deyilik,Vətən.
Ana-Vətən deyir hər bir dinən də,
Kişilikdən hey dəm vurduq dinəndə.
Neçə iyrənc yara açdıq sinəndə,
Çibanıq,irinik,ziyilik,Vətən,
Biz sənə heç layiq deyilik,Vətən.
Aqil Kengerli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru