Xatirələrimizdə əbədi qalan sima...
15-03-2018, 09:20
Monitorda sıralanmış qısa xəbər başlıqlarını adətən sürətlə oxuyub keçir, nisbətən maraqlı görünənləri, böyük həcmdə olanları isə printerlə vərəqə çıxardıb oxuyuram. Beləcə xəbərləri gözlərimlə ötürərkən, qəfləti bir yazı məni ildırım kimi vurdu.
“Tanınmış Yazışı Mövlüd Mövlud özünü binadan ataraq həlak olmuşdur”
Niyə, nəyə görə? Axı mən bu gənc, hədsiz istedad, ədəbi savad sahibi olan gəncin hər yazısını, hekayə və məqalələrini acgözlüklə oxuyurdum, gözümə təpirdim!? Axı həyat bizi niyə bu cür ağır, barışılası, qəbul edilməsi mümkünsüz hadisələrlə üz-üzə qoyur!?
Mövlud Mövludun anasına xitabən yazdığı “Mənə görə utanırsan, bilirəm” hekayəsini də “copy-past” edib, işdən sonra evə aparmışdım. Evdə anam Mövludun həssas qələmindən çıxan həmin yazıdan təsirləndi, kövrəldi.
Özünü onun anasının yerinə qoyur, ağlayır, ağlayır, yenə ağlayırdı.
Həmin vaxtlar xəbər saytlarında gənc yazarın üzücü intihar xəbəri ilə yanaşı, başqa bir özünüqəsd cəhdindən də danışılırdı: “Yeni Yasamal qəsəbəsi, Fuad İbrahimbəyli küçəsindəki binanın 12-ci mərtəbəsindən özünü atan 1998-ci il təvəllüdlü Səmədov Şahmar Canəli oğlu xəstəxanaya yerləşdirilib. Xoşbəxtlikdən o, hadisə vaxtı binanın həyətindəki ağacın üstünə düşmüş və ölümcül olmayan xəsarətlər almışdı.”
Öz-özümə deyirəm ki, kaş Mövludun da özünü atdığı binanın həyətində də belə bir ağac bitəydi, kaş bu istedad sacan gənc də sağ qala biləydi…
Deyirlər insanlar hansı vəziyyətdə ölürlərsə, o cür də xatırlanırlar. Yəni, uşaqlıq, gənclik, orta yaş dövrlərini arxada qoyub, uzun həyat yolu keçərək dünyasını dəyişmiş insanlar yaddaşlarda son görüntüləriylə qalırlar, qoca, xəstə, ahıl vəziyyətfə
Mövlud isə həmişə xatirələrimizdə, bizə fotoşəkillərdən baxdığı kimi, səmimi təbəssümlü, üzügülər gənc siması ilə həkk olunacaq…
Vüsal Bağırlı