Qəzan mübarək olsun,Ordum
27-06-2018, 00:00
Son Ordumuz Nadir şahın Səvəfi ordusunun dağıntıları üzərindən topladığı Ordu oldu,
Qalib Ordu,
Hindistanı belə işğal etdi,
Qələbə Nadirin ölümü ilə bitdi,
Ordular yarandı.
Ordunu bitirən tək güc ordulardır,
Bu ordular içdən və çöldən fərqi yox,yarandığı an Ordu çökər,
Ordu birdir,gücü də bu Bir Olmaqdadır,
Bizans,Osmanlı kimi ən uzun imperiyalar Ordunun Ordulara dönməsi ilə bitib.
Abbas Mirzə Ordu qura bildi,amma ordular qarşısında məğlub oldu,Ordunu fransızmı,ingilismi ordusu kimi quracağına qərar verə bilmədiyi üçün rus ordusuna uduzdu.
Abbas Mirzənin uduzduğu Azərbaycanın ilk generallarından biri Əgdər Ağayevdir,
Tarix onu Nikolay Ağayev kimi tanıyır,
Çar Ordusunun generalıdır artıq,
Ordu iki dəyərlə inşa olunar,
Torpağı və Dini qoruyan Ordu birdir,Bir kimi güclüdür,bütün ordular bu düşüncə ilə Bir ləşər.
Qorxudulanlar və qorxanları Ordu qoruyar ki,
İki dəyəri itirməsin,
Birini itirən digərinə bağlanar,
Yeni Ordu bu düşüncədən doğar ki, savaşlar bu səbəbdən heç bitmir.
Ya torpaq,ya Din.
Abbas Mirzədən sonra İran ordu qura bilmədi,biz isə rus ordusuna alınmadıq,
Bizim rus ordusunda xidmət etmişlər hamısı Dinini dəyişmişlərdir,
Xristiandırlar,
Kilsəyə və kilsə rəhbərinə dua edib silah almışlar,
Sovet Ordusuna qədər.
Sovet Ordusu dinin yerinə "zampolit"ləri qoydu,Birliyə nail oldu,"Vətən və Stalin üçün irəli" gedən Ordu qısa bir zaman içində çürüməyə başladı,
Sovet Ordusu içində Ordular yarandığı gündən bitmişdi,
Müstəqilliklər Ordularla döndü,
Ordu qorxulara tədbir alandır,Ordular isə hiylədir,
Bu fərqi bilmədən olmaz,
Heyvanlar içində tək heyvan tülküdür ki, hiylənin ensklopediyasıdır,
İnsanlar Ordular inşa edərkən əsas silah hiylə olur,
Biz Ordu qurarkən Tədbirlərə söykənən Ordu qurardıq,
Bu bitdiyi andan biz bitdik,
Hiylə Ordusu orduları ilə bizləri işğal etdi.
Qarabağ Ordusunu xalq qurdu,
Azərbaycan Ordusu xalğın Ordusudur,
Torpağını qorumağı hədəf olaraq seçıb,
Dini qorumağ düşüncəsi yox hələ.
Dinini qoruyan Ordularla,torpağını qoruyan Orduların Bir olmaması üçün siyasətlər oyunu hələ ki,davam edir,
Məğlub olan dərs alacaqsa qalib olandır,
Min illərdir ki,Azərbaycan Ordunun ad yeridir,
Nadirin son qurultayı Muğanda and içmə idi.
Bizim ərazilərdə tarix və zaman içində heç vaxt böyük qanlı savaşlar olmayıb,
Bilirsiniz niyə?
Muğan və Aran Ordunun And Yeri olub,
Torpağını və Dinini qoruyan And burda içilib,
Və
Zəfər qazanıb.
Ordu günüdür,Ordu savaşa iki silahla başlar,
Biri güvəndiyi yanında və əlində olan silah,
Digəri Duasıdır,
Dualarımız sizinlədir,
Ordumuz qəzan mübarək olsun.
Idris Heyderli