Əxlaqsız qadın, yoxsa…? – Peyğəmbərin arvadı haqda tarixi versiyalar
28-06-2018, 20:34
Mariya Maqdalinanın çoxsaylı əfsanə və rəvayətlərə bürünmüş həyatı bugünə qədər ilahiyyatçılarla din tarixçiləri arasında ümidsiz mübahisələrə səbəb olmaqdadır.
Müxtəlif mənbələrdə Mariya Maqdalina günahkar qadın, müqəddəs əshabə, İsa Məsihin ən yaxşı şagirdi və Dördüncü Əhdi-Cədidin müəllifi, İsa Məsihin həyat yoldaşı və oğullarının anası və s. kimi təsvir edilir.
Axı bu sirli-müəmmalı qadın kimdir, İsa Məsihin nəyidir, onun keçmişdə əxlaqsız olduğunu iddia etmək kimlərin maraqlarına xidmət edir?
teref.az bildirir ik, Yenicag.az bu və digər çoxsaylı sualların cavabını aşağıdakı icmalda axtarmağa çalışıb.
“Mariya Maqdalina”. (1641). Müəllif: Joze de Ribera.
Pravoslav və katolik dini məzhəblərində Mariya Maqdalinanın obrazının izahı əhəmiyyətli dərəcədə fərqlənir: pravoslavlıqda ona İsa tərəfindən yeddi cindən azad olunaraq, ilahi şəfaət tapmış müqəddəs sülhməramlı kimi sitayiş olunur, katolik məzhəbində isə o, Lazarın bacısı, Vifaniyalı Mariya obrazı ilə müqayisə edilir. Halbuki, Bibliyadakı mötəbər məlumata görə, Əhdi-Cədiddə Maqdalinanın həyatının hər hansı bir dövründə zinakar olduğundan qətiyyən bəhs olunmur.
İNCİL ZİNAKARI MARİYA MAQDALİNA
Katolik məzhəbinə görə, Mariya İncilin üç yerində qeyd olunan savab əməlinə görə İsa Məsihin minnətdarlıq olaraq daşqalaq olunmaqdan xilas etdiyi zinakar bir qadındır. Rəvayətdə deyilənə görə, İsa fariseylərdən (dönüklərdən) birinin evində nahar edərkən, Mariya onun ayaqlarına düşüb ağlamağa, ayaqlarını göz yaşları ilə yumağa və gur saçları ilə qurulamağa başlayıbmış.
“Mənə toxunma”. Müəllif: Paolo Veroneze.
“Mariya Maqdalina İsa Məsihin ayaqlarını yuyarkən”.
Qərəzli surətdəmi, təsadüfənmi – bilinmir, lakin Maqdalinaya təhqiredici “zinakar” ləqəbinin verilməsi və günah sahibi kimi təcəssüm edilməsi Möhtərəm Qriqori Papasının şəxsində Roma Katolik Kilsəsinin təşəbbüsü olub.
MARİYA MAQDALİNA APOSTOL DƏRƏCƏLİ MÜQƏDDƏS SÜLHMƏRAMLI
Pravoslav din xadimlərindən biri Dmitri Rostovski isə Mariyanın əxlaqsız qadın kimi qələmə verilməsinin əleyhinə çıxış edərək, öz fikrini aşağıdakı kimi əsaslandırıb: “Maqdalina adı ləkələnmiş biri olsaydı, İsanın opponentləri bundan sui-istifadə etməkdən çəkinməzdi. Fariseylər isə, Xilaskara bəslədikləri nifrətə rəğmən, bir dəfə də olsun Onun apostolları arasında zinakar birinin olduğunu ifşa etmədilər”.
“Mariya Maqdalina və İsa Məsih”.
Mariya Maqdalinanın pravoslav ikonoqrafiyası.
Pravoslav kilsə isə Mariyanı İsa tərəfindən cinlərdən təmizlənərək, ilahi şəfaət tapmış qadınlardan biri olaraq görməyə meyilli olub. Bu qurtuluş Mariyanın həyatının mənasına çevrilib və o, minnətdarlıq olaraq bütün ömrünü Rəbbinə həsr etməyə qərar verir. Həmçinin, pravoslav ənənəyə görə, katolizmdən fərqli olaraq, Mariya xristian qadın kimi təcəssüm edilərək, apostol dərəcəli müqəddəs sülhməramlı sayılır.
İSA MƏSİHİN ƏN YAXŞI ŞAGİRDİ və DÖRDÜNCÜ İNCİLİN MÜƏLLİFİ MARİYA MAQDALİNA
Xilaskarın şagirdləri arasında Mariya xüsusi yer tuturdu. İsaya son dərəcə səmimi və coşğun sədaqətinə görə ona dərin hörmət bəsləyirdilər və Rəbbin Mariyanı Onun dirilməsinin ilk şahidi şərəfinə layiq görməsi heç də təsadüfi deyildi.
“İsanın ölümünü ağlayan anası və Mariya Maqdalina”.
Bundan əlavə, bu gün Bibliya tədqiqatçılarının əksəriyyəti Dördüncü İncilin İsanın naməlum davamçısı və mətndə qeyd olunduğu kimi, sevimli şagirdi tərəfindən yaradıldığını iddia edirlər. Həmin adamın məhz ilk apostol-banilərdən və erkən Xristian kilsəsinin liderlərindən biri olan Mariya Maqdalinanın olduğu ehtimal edilir.
Lakin zamanla onun obrazı kilsə hakimiyyəti uğrundakı mübarizənin bayağı qurbanına çevrildi. IV-V əsrlərdə qadın-lideri təsəvvür etmək belə artıq cəfəngiyyat idi və Mariya Maqdalinanın devrilməsinə qərar verildi. “Bu mövzu Kilsə nüfuzunun tərəfdarları ilə ilahi vəhyin müdafiəçiləri arasında daimi kilsədaxili mübarizənin bir hissəsinə çevrildi”.
İSA MƏSİHİN HƏYAT YOLDAŞI və ÖVLADLARININ ANASI MARİYA MAQDALİNA
Bu yaxınlarda sirli Maqdalina haqqında daha bir maraqlı fakt üzə çıxdı. Bütün dinlərin kilsə xadimləri uzun müddətdən bəri İsa Məsihin bakir oğlan, yaxud homoseksual və ya qadınlara normal kişi kimi münasibət sərgiləyən birisi olduğu barədə mübahisələr aparıb. Az əvvəl din tarixçiləri tərəfindən Xilaskarın Mariya Maqdalina ilə evli olduğuna və ondan qeyri-rəsmi nikahdan iki oğul övladının doğulmasına dair sübut irəli sürülmüşdü. Bu iddia aramey dilində yazılıb və VI əsrin 70-ci illərinə aid manuskriptə həkk olunub. İsanın möcüzəyə hazırlıq zamanı ən böyük təsəllisi məhz Mariya olub.
“Sonuncu şam yeməyi”. (Fraqment) / Mariya Maqdalina İsa Məsihin sağ tərəfində / Müəllif: Leonardo da Vinçi.
Bütün yuxarıda qeyd olunanlar yalnız nəticə etibarilə heç bir zaman həqiqəti öyrənməyəcəyimizə işarə edən fərziyyələrdir. Lakin İsa Məsihlə görüşdükdən sonra Mariyanın həyatının köklü şəkildə dəyişdiyi məlumatı dəqiqdir: o, əvvəlki həyat tərzini tamamilə tərk edərək, İsanın sadiq davamçısı və şagirdi oldu.
PEŞMAN OLMUŞ (tövbə edən) MARİYA MAQDALİNANIN QƏRBİ AVROPA RƏSSAMLARININ TƏSVİRİ SƏNƏTİNDƏKİ OBRAZI
İncildəki Maqdalina obrazı italyan təsviri sənət ustaları arasında geniş populyarlaşmışdı. Xüsusilə də Titsian, Korredjo, Qvido Reninin sənətində məşhur idi. Bu səbəbdən əxlaqsız həyatı tərk edib, normal həyat tərzinə qayıtmış qadınlara “peşman olmuş (tövbə edən) Maqdalina” ləqəbi verilirdi.
Qərbin təsviri sənət ənənələrinə görə, peşman olmuş (tövbə edən) Mariya Maqdalina həmişə başı yaylıqsız, saçları çiyinlərinə tökülmüş, yarıçılpaq vəziyyətdə təsvir olunurdu. Və bu mövzuda olan bütün sənət əsərləri o qədər eynitiplidir ki, əksəriyyətimiz indiyə qədər onun böyük günahkar olduğundan əminik.
“Peşman olmuş (tövbə edən) Mariya Maqdalina”. Dövlət Ermitajı, Sankt-Peterburq. Müəllif: Titsian Veçellio.
“Peşman olmuş (tövbə edən) Mariya Maqdalina”. Şəxsi kolleksiya, Sankt-Peterburq. Müəllif: Titsian Veçellio.
“Peşman olmuş (tövbə edən) Mariya Maqdalina”. Pol Gettinin muzeyi (ABŞ). Müəllif: Titsian Veçellio.
“Peşman olmuş (tövbə edən) Mariya Maqdalina”.. Florensiya muzeyi. Müəllif: Titsian Veçellio.
“Əlində İsa Məsihin tikanlı tacı olan Mariya Maqdalina”. Müəllif: Karlo Dolçi.
“Peşman olmuş (tövbə edən) Mariya Maqdalina”. Müəllif: Qverçino.
Mariya Maqdalinanın obrazının təsvir olunduğu əsər 1560-cı illərin ortalarında Titsiana sifariş edilmişdi. Bu obraz üçün canlı model kimi Culiya Festina seçildi. Əsər hazır olduqda isə, onu görən hersoq Qonzaqa heyranlığını gizlədə bilməmiş və dərhal onun surətini sifariş etmişdi. Ondan sonra Titsian dəfələrlə gah qadının başını əydiyi istiqaməti, gah əllərinin vəziyyətini, gah da əsərin fonunu dəyişərək, bu əsərin surətlərini yazmışdı. Dəyişməz qalan yalnız model Culiya idi.
“Mariya Maqdalina”. Müəllif: Karlo Dolçi.
“Mariya Maqdalina”. (təqribən 1500-cü illər). Müəllif: Perucino.
“Peşman olmuş (tövbə edən) Mariya Maqdalina”. Müəllif: Qvido Reni.
“Mariya Maqdalinanın dua etməsi”. (1825). Müəllif: Hayes.
“Mariya Maqdalina”. (1621). Müəllif: Domeniko Fetti.
“Mariya Maqdalinanın dua etməsi”. (1578). İncə Sənətlər Muzeyi. Budapeşt. Müəllif: El Qreko.
1850-ci ildə əsərin ilk variantını Ermitaj muzeyi üçün çar I Nikolay alır. Hazırda o əsər Yeni Ermitajın italyan kabinetlərindən birində saxlanılır.
Bəzi alimlər Mariya Maqdalinanın İsa Məsihin qanuni arvadı olduğunun sübutu olaraq Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” əsərini təqdim edirlər.