Azərbaycan gömrüyündə Vüsal Novruzov problemi

15-10-2015, 21:59           
Azərbaycan gömrüyündə Vüsal Novruzov problemi
Azərbaycana gətirilən yüklərə görə alınan «rüsum»ların qaldırılmasını Vüsal Novruzovun tələbi olması və Bakı Baş Gömrük İdarəsi rəisinin Tiflis məcaraları ilə bağlı saytımıza maraqlı məlumatlar daxil olub.
Gömrükdə monopoliya sistemi
Gömrük maxinasiyaları ilə bağlı redaksiyamıza daxil olan məlumatlara görə Astara Gömrük Keçid Məntəqəsindən keçən yüklərə görə tələb olunan rüsumlar artırılıb. Bu barədə məlumat verən sahibkarların bildirdiyinə görə, hal hazırda «rüsum»ları iki dəfə bahalaşdırılıb. Gömrük Mətnəqəsinin rəsmiləri isə deyiblər ki, belə bir vəziyyətin yaranmasının səbəbkarı Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovdur. Sahibkarlar bildirirlər ki, əgər keçən il onlar xaricdən gətirdikləri yükə görə, hər maşın üçün 10 min dollar «rüsum» verirdilərsə, hazırda bu rəqəm 13 min dollara qaldırılıb. Onların dediyinə görə, Astara Gömrük Keçid Məntəqəsində məsələni aydınlaşdırarkən məlum olub ki, belə bir tapşırığı birbaşa Vüsal Novruzov verib və bunun konkret səbəbləri isə izah olunmur.
Araşdırmalara görə, uzun müddətdir gömrük sistemində milyonların içində oynayan sözügedən şəxsin nəzarətindəki monopoliyaların da sayı çox imiş. Hələ bir müddət əvvəl xəbər vermişdik ki, Vüsal Novruzovun nəzarətində mərmər biznesi, ölkəyə gətirilən malların gömrük qeydiyyatından qeyri-leqal keçirilməsi üçün nəzərdə tutulmuş «Aqroazerinvest» şirkəti, habelə daha bir neçə iri biznes sahələri var. Son araşdırmalara görə, Vüsal Novruzovun nəzarətində daha bir monpoliya da varmış. Və hər nə qədər qəribə olsa da, bu dekorativ ağac biznesini əhatə edir. Baş verənlərlə bağlı bizi məlumatlandıran mənbə bildirir ki, son illərin ən populyar bizneslərindən biri olan dekorativ ağac alveri tikilən parkları və ayrı-ayrı fərdlərin həyətlərini əhatə edir. Belə ki, bu ağacları ya dövlət büdcəsindən ayrılan pullarla, ya da fərdi şəxslərin ödədiyi məbləğlərlə əldə etmək mümkündür. Təkcə Palma ağacının şitilinin 400 dollar olduğunu nəzərə alsaq, bir parkda yüz minlərlə manat pulun necə silindiyinə şahidlik edə bilərik. Təbii ki, büdcədən pulları əldə etmək üçün optimal yol kimi düşünülmüş bu biznes növü Vüsal Novruzovun işinə çox yarayır. İddialara görə, hər il bu biznes növündən Bakı Gömrüyünün rəisi milyonlarla manat gəlir əldə edir.
Orucəli Hacıyevlə işbirliyi
Məlumatda bildirilir ki, V.Novruzov ölkədəki sement satışını monopoliyasına alıb. Özü də o, bu işdə tək deyil. Onun bu işdəki əsas şəriki fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini Orucəli Hacıyevdir.
Oxuculara maraqlı olar ki, O.Hacıyev kimdir? TEREF,İNFO cumhuriyyet az-a istinadən yazır ki, O.Hacıyev FHN başçısının müavini təyin olunana qədər onu ölkədə çox az adam tanıyırdı. 90-cı illərin axırlarında bütün respublika üzrə qara metalın topdan alış məntəqələrini quran və 1999-cu ildən 2001-ci ilədək qara metal ixracının monopolisti olan O.Hacıyevin sonradan bu biznes sahəsində işləri nədənsə düz gətirməməyə başladı.Çünki həmin zamanlarda ölkədə qara metal idxal və ixracının kurasiyası tam olaraq Paolo Pərvizə həvalə edilmişdi. Qara metal işinin P.Pərvizin monopoliyasına verilməsindən sonra işləri yarımçıq qalan O.Hacıyev bir müddət Azərbaycanı tərk etməli olur. Həmin illərdə Ukraynada yaşayan və burada özünə biznes quran O.Hacıyev bu ölkədən Azərbaycan və İrana qara dəmirdən istehsal olunmuş inşaat materialları ixrac edirdi. Nəhayət, 2006-cı ildə yenidən Azərbaycana qayıdan O.Hacıyev yeni yaradılan Fövqəladə Hallar Nazirliyində nazir müavini vəzifəsinə təyin edilir. Onun V.Novruzovla ortaq biznesi də elə bu andan başlayır. Belə ki, O.Hacıyev V.Novruzovla birgə qurduğu “Babək-97” şirkəti vasitəsilə ölkədə sement satışını demək olar ki, tam mənada inhisara almağa başladı.
Sement mafiyası
Respublikaya hər ay 50 min ton sement idxal edən “Babək-97” firması FHN-nin əsas podratçı şirkətidir. Ölkənin fövqəladə hal baş verən bütün bölgələrində tikintilərə sement verilməsini məhz bu firma təşkil edir. Firmanın anbarları və ofisi Keşlə yük stansiyasının içərisində yerləşir. Məlumatlı şəxsin cumhuriyyet.az-a bildirdiyinə görə ofisdə oturanlar isə O.Hacıyev və V.Novruzovun yaxın qohumlarıdır. Qeyd edək ki, respublikaya ayda 50 min ton sement idxal edən “Babək-97” firmasının əlavə müştəriyə ehtiyacı yoxdu. Firmanın ölkəyə gətirdiyi bütün sementlər dövlətin maliyyələşdirdiyi tikintilərdə – ölkənin müxtəlif bölgələrində baş vermiş fövqəladə hallar zamanı həyata keçirilən inşaatlarda istifadə olunur. Bakı Gömrük İdarəsində vətəndaşları qəbul edən V.Novruzov isə ölkəyə bir kisə belə, sement gətirmək istəyən biznesmenlərə bunun mümkünsüzlüyünü deyir. O, hətta bildirir ki, ölkəyə sementi O.Hacıyevlə şərikli olaraq, yalnız onlar gətirə bilər. Başqa şəxslərin sement idxalı qadağandır. Çünki ölkəyə gətirilən sementin markasını və keyfiyyət rəyini də elə FHN-nin tabeçiliyində olan S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun direktoru Rüstam Bağırov verir.
Yazının bu yerində kiçik bir xatırlatma edək.Ötən il bir sahibkar Gürcüstandan ölkəmizdə 3 vaqon “Evro-sement” idxal edir. Ağstafa dəmiryol stansiyasına gətirilən mallar Tovuz Gömrük İdarəsinin icraatına düşür. İdarənin rəisi Vəzir Həsənov həcc ziyarətində olsa da, həmin ərəfələrdə sahibkara dəfələrlə yalan vədlər verir, onun gətirdiyi sementi ölkəyə buraxacaqlarını bildirir. Özü isə əl altdan gömrükçülərə tapşırır ki, 500 marka “Euro-sement”in nümunələrini S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutuna göndərsinlər. İnstitutun direktoru Rüstəm Bağırov isə rəhbərlərinin – O.Hacıyev və V.Novruzovun tapşırığı ilə tərtib etdiyi rəydə yazır ki, ölkəyə gətirilən 3 vaqon 500 marka “Euro-sement” əslində sement yox, eləcə qum imiş. Baxmayaraq ki, həmin 500 marka “Euro-sement” “Babək-97” firmasının ölkəyə idxal etdiyi sementlərdən iki dəfə keyfiyyətlidir.
Tiflis müəmması…
Daxil olan məlumatlarda o da deyilir ki, Vüsal Novruzovun idxal-ixrac əməliyyatlarında bütün təşəbbüsləri ələ alması heç də dövlətə yardımçı olmaq deyil. Əksinə, onun daha çox pul qazanmaq həvəsindən irəli gəlir. Bəzi iddialara görə, Novruzov bəzi zərərli işlərə də qoşulub. Elə buna görədir ki, onu mütəmadi olaraq Gürcüstanda görürlər. Onun Tiflisdəki məşhur kozinolarda peyda olmasının isə heç də ucuza başa gəlmədiyi söylənilir.
Onuda bildirək ki, verilən məlumatla bununla bitmir. Vüsal Novruzovunun “Mərmər” əməliyyatı və Tiflis məcaraları ilə bağlı yaxın günlərdə çox maraqlı məlumatları oxucuların diqqətinə çatdıracağıq.
Teref info bildirir ki, lakin prezident İlham Əliyevin axırıncı çıxışından və bəzi deputatların gömrük sistemimizə qarşı aqressiv rəylrindən belə qənaətə gəlmək olar ki, gömrükdə bu başıpozuq korrupsiyaya son qoyulacaq. Əlbətdə ilk başdan başlanılmalıdır.
TEREF,İNFO












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.