Xanımı ilə birgə ölən qazi maşını əks istiqamətdə sürürmüş - Video

19-05-2025, 12:12           
Xanımı ilə birgə ölən qazi maşını əks istiqamətdə sürürmüş - Video
Mayın 16-na keçən gecə Şabranda Vətən müharibəsi qazisi 23 yaşlı Akif Zeynalzadə ilə həyat yoldaşının öldüyü yol qəzasının bəzi təfərrüatları üzə çıxıb.
TEREF “Qafqazinfo”-ya istinadən xəbər verir ki hadisə vaxtı A.Zeynalzadənin “Azsamand” markalı avtomobili Bakı-Quba-Rusiya sərhədi yolunda əks istiqamətdə sürdüyü məlum olub.

Bildirilib ki, hadisədən əvvəl Sabirabad rayon sakini A.Zeynalzadə həyat yoldaşı Dinara ilə birgə Xaçmazın Tel kəndinə gediblər. Onlar Dinaranın birinci nikahdan olan övladını onun valideynlərinin yanında qoyaraq Bakı istiqamətində yola düşüblər. Lakin Şabran rayonu ərazisində olarkən Akif və Dinara fikirlərini dəyişiblər və uşağı özləri ilə aparmaq qərarına gəliblər. Buna görə 23 yaşlı Akif avtomobili saxlayaraq geriyə - əks istiqamətdə hərəkət etməyə başlayıb. Nəticədə avtomobil öz yolu ilə hərəkət edən “Renault” markalı yük maşınına çırpılıb.

Akif və hamilə həyat yoldaşı hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru