Masazırda yerləşən 4 saylı məktəbdə açıq bazar - Valideynlərdən vaçap vasitəsi ilə pul tələb edirlər..VİDEOFAKT

13-06-2019, 17:20           
Masazırda yerləşən 4 saylı məktəbdə açıq bazar - Valideynlərdən vaçap vasitəsi ilə pul tələb edirlər..VİDEOFAKT
Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Rahim Həsənov bu videonu bizə göndərərk yazır:
"Orta məktəblərdə yıgılan rüşvət ölkəmizin ən agrılı həmdə yaralı yerlərindən biridir.
Abşeron rayonu Masazır qəsəbəsi "Yeni Bakı" Yaşayış kompleksində yerləşən 4 saylı tam orta məktəbdə isə sözün əsl mənasında şıdırgı pul yıgımına start verilib. Bu danışan şəxs adı gedən məktəbin dərs hissə müdiri (zavuçu) Ofelya Məmmədovadır. Bütün watsapp qruplara səs göndərərək valideynlərə summativ, bsq, məktəbin təmiri üçün pul gətirmələrini tələb edir. Ofelya məllimə bunu özbaşına etmədiyini, məktəbin direktoru Roza Süleymanovanın tapşırıgı ilə etdiyini bildirir. Nəzərinizə çatdıraq ki, bu məktəb 2 il öncə istifadəyə verilib.

Bütün mediya nümayəndələrindən bu məsələni gündəmdə saxlamagı xahiş edirəm. Mövzuya qayıdacagıq."
Rahim Həsənovun yazdığına görə videoda eşidilən səs Abşeron rayonu Masazır qəsəbəsi "Yeni Bakı" Yaşayış kompleksində yerləşən 4 saylı tam orta məktəbin dərs hissə müdürünündür. O şagirdlərin valideynlərinə səsli mesaj göndərərk onlardan pul gətirmələrini tələb edir.
Teref.az olaraq adları çəkilən şəxslərin mövqeyini işıqlanmdırmağa hazırıq!
Teref.az














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.