Fərhad Əhmədovun 22 yaşlı oğlu yoxdur - 2 milyonluq saat müəmması çözülmədi.. FOTOFAKT
27-06-2019, 18:09
Teref.aza yazır ki, müstəqil araşdırmaçı jurnalist Cavanşır Həsənlinin "Daily Mail”-ə istinadən İspaniyanın İbiza adasında 22 yaşlı Azərbaycanlı turist soyğunçuluğa məruz qaldığı barədə məlumat paylaşmışdı. O, bu cavan azərbaycanlının Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli oldu iddiasını irəli sürmüşdü. Lakin Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidməti bu iddianı rədd etdi. Və bəzi saytlar agentliyin məlumatını dəstəkləyərək soyğunçuluğa məruz qalan cavan azərbaycanlının milyarder azərbaycan əsilli Fərhad Əhmədovun oğlu olduğunu iddia etdilər. Teref.az ATV.az-a istinadən xəbər verir ki, Fərhad Əhmədov bu iddianı rədd edərək deyib: "Deyəsən kimsə mənim adımdan istifadə edərək saatın əsl sahibinin adını gizlətmək istəyir. Birinci mənim oğlumun 22 yaşı yoxdur, ikincisi isə nə mən nə də oğlum bahalı saatların həvəskarı deyilik..." Fərhad Əhmədovun müsahibəsini təqdim edirik: