Əli Əsədovun Buzovnadakı “Visanka” mebel mərkəzi bağlanır

28-11-2015, 14:26           
Əli Əsədovun Buzovnadakı “Visanka” mebel mərkəzi bağlanır
Bakının Buzovna qəsəbəsindəki “Visanka” mebel mərkəzində yoxlamalara start verilib. Bu barədə cumhuriyyet.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, “MTN işi” çərçivəsində həyata keçirilən həbslər, sabiq nazir Eldar Mahmudovun komandasına məxsus şəxslərin məsuliyyətə cəlb edilməsi porsesi bir çox ticarət mərkəzi ilə yanaşı “Visanka” mebel mərkəzinin fəaliyyətinə də təsirsiz ötüşməyib. Prezident Administrasiuyasının əsas simalarından biri olan Əli Əsədova və Mahmudov komandasının üzvü hesab edilən Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədova məxsus olduğu iddia edilən obyektin təftişinə qərar verilib.
Təftiş əsnasında Hacı Eldəniz adlı iş adamı tərəfindən idarə edilən mebel mərkəzinin biznes fəaliyyətinin yoxlanılması ilə yanaşı, onun daha hansı dairələrə bağlılığı da araşdırılacaq.
Məlumat üçün qeyd edək ki, “Visanka” mebel mərkəzinin adı bundan öncə də bir sıra qalmaqallarda, eləcə də vəhabilərlə şübhəli əlaqələrdə hallandırılmış, zaman-zaman bu yolda ciddi iddialar səsləndirilmişdir. Hazırda mebel mərkəzinin bağlanması istiqamətində aparılan hazırlıq işləri “Visanka” mebel mərkəzi ilə bağlı irəli sürülən iddiaların heç də əsassız olmadığını təsdiqləyir. Çox güman ki, mebel mərkəzinin fəaliyyətinin təftişi bu günə qədər ictimaiyyətə bəlli olmayan daha bir sıra maraqlı məqamları ortaya çıxaracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru