MSK sədrinin müavini Natiq Məmmədovun qardaşına 100 yüz min manatlıq ittiham

28-11-2015, 14:30           
MSK sədrinin müavini Natiq Məmmədovun qardaşına 100 yüz min manatlıq ittiham
Ramiz Əliyev erməni əsirliyində olan qohumu Dilqəm Əsgərovla bənzər taleyi paylaşdığını deyir. Ötən il MTN-nin əməkdaşları tərəfindən qaçaqmalçılıq adı ilə tutularaq nazirliyə gətirildiyini bildirir. Keçmiş kəşfiyyatçı maddi imkanı zəif olduğu üçün ara-sıra Gürcüstandan qızıl gətirib yaşadığı Gəncə şəhərində və Bakıdakı dükanlara qızılları satmaqla ailəsini dolandırdığını deyir. Buna görə o 6 ayını MTN-nin təcridxanasında keçirməli olub.
Ramiz Əliyev zaminə buraxılmaq üçün İstintaq İdarəsinin müstəntiq qrupunun rəhbəri Yasin Məmmədovun ondan 100 min manat tələb etdiyini deyir. Yasin Məmmədov Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Natiq Məmmədovun qardaşıdır. O, bu ilin martında ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ədliyyə mayoru rütbəsinə qaldırılıb.
MTN-dən sonra 3 ay Gəncədə həbsxanada saxlanılan Ramiz Əliyev 5 il şərti işlə azadlığa buraxılıb. Onun sözlərinə görə Mtn-də saxlanılarkən qızıl satdığı şəxslər nazirliyə gətirilib və yüksək məbləğdə pulun qarşılığında sərbəst buraxılıblar. Onlardan 14-nün evində də axtarış aparıblar. Ramiz Əliyevin əsas narahatlığı da həmin şəxslərlə bağlıdır.(Unikal.org)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru