Qurbanovun işçisinin ünvanına ağır ittihamlar

28-11-2015, 21:39           
Qurbanovun işçisinin ünvanına ağır ittihamlar
Bakı Vaqon Deposunun rəisi Rəhman Əbişov qatar rəislərini necə təyin edir və onların qarşısında hansı "şərt"i qoyub?
"Azərbaycan Dəmir Yolları" QSC-nin fəaliyyətinə xələl gətirənlərdən biri kimi onun adı çəkilir Hazırkı tələblər baxımından ölkədə dəmir yolunun inkişafı institusional, hüquqi və tənzimləmə çərçivəsinin formalaşdırılmasına, infrastrukturun inkişafına, vaqon və lokomotiv parkının yeniləşdirilməsinə, həmçinin ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsiz və etibarlı şəkildə fəaliyyət göstərməsinin təmin edilməsi üçün bu dəhlizlər boyu dəmir yolunda vacib infrastruktur obyektlərinin modernləşdirilməsinə iri həcmli yeni sərmayələrin qoyulmasını tələb edir. Bildiyiniz kimi, Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) baş direktor təyin olunandan sonra ölkənin dəmir yolu təsərrüfatında bir sıra dəyişikliklər baş verdi. Baş direktorun rəhbərliyi altında qurumda bəzi islahatlar həyata keçirilib və davamının olacağı gözlənilir. Biz vətəndaş, eyni zamanda jurnalist olaraq QSC-də görülən işləri alqışla qarşılayırıq. Lakin bu sahədə elə adamlar çalışır ki, onların cəmiyyətin ümumi fəaliyyətinə heç bir faydası dəymir. Məsələn, Bakı Vaqon Deposunun rəisi Rəhman Əbişovun işində ciddi nöqsanların olduğu bildirilir. QSC-nin keçmiş rəhbəri Arif Əsgərovun kadrı kimi tanınan bu şəxsin qanuna sığmayan fəaliyyəti nəticəsində Bakı Vaqon Deposunda etiraz halları kəskin həddə çatıb. Yadınızdadırsa, bir müddət əvvəl dəmir yolunda çalışmış və hüquqları tapdanmış bir qrup şəxs maaşlarının uzun illər düzgün hesablanmaması ilə bağlı müxtəlif instansiyalara şikayət ünvanlamışdılar: "Nazirlər Kabinetinin 2001, 2008 və 2011-ci illərdə qəbul etdiyi qərarlara baxmayaraq, bizə ödənilməli olan pul verilmir. Biz əmək haqqımızı vəzifə maaşı və gecə işinə görə tarif haqqına əlavədən, uzunmüddətli iş fəaliyyətinə görə 13-cü əməkhaqqı, qış vaxtı işləməyə görə əlavələrdən, ən əsası isə 2007-ci ildən eyni vəzifəni və eyni işi icra edib yalnız cinsinə (qadınlara 400-450, köhnə işçilər olan kişilərə isə 100-150 manat) görə əməkhaqqı verilməsi məsələsini aydınlaşdırmaq istəyirik. Nazirlər Kabinetinin müvafiq qərarlarıyla nəzərdə tutulmuş ezamiyyə xərcləri olan pul vəsaitləri də bizə ödənilməyib. Xəbərdarlıq etmədən, maaş problemini əsas gətirib işçiləri işdən çıxardırlar. Vaqonlar təmirə göndərilib, işçilər o vaxtacan yerli qatarlarda işlə təmin olunacaq. Depo rəisi Rəhman Əbişovdan şikayət edənlərin hamısı ixtisara salınır". Dəmiryolçular həmçinin onu da bildiriblər ki, onlar 2001-ci ildən başlayaraq məvaciblərinin bir hissəsini, ezamiyyət və məzuniyyət pullarını, yol pullarını və sair ödənişlərini ala bilmirlər və ümumiyyətlə, maaşları azdır, onların tələbatını ödəmir: "Əsas problem odur ki, yeni işçilərə yüksək əməkhaqqı verilir, təxminən 500 manat. Köhnə bələdçilərə isə 150-200 manat əməkhaqqı verilir. Bu, qanunsuzluqdur, ayrı-seçkilikdir". Başqa bir məlumatda isə qeyd olunur ki, Rəhman Əbişov qatar rəislərini özünün bildiyi kimi təyin etməklə bərabər, həm də bu şəxslərin qarşısında gündəlik "şərt" qoyub: "Belə ki, hər gün ölkənin müxtəlif xətləri üzrə hərəkət edən qatarların rəisləri iş gününün sonunda depo rəhbərinin qulluğunda dayanmalıdır. Dünyanın heç bir yerində qatarları bələdçi təmizləmir, yumur. Bakı Vaqon Deposunda bütün qatarları bələdçilər yuyub təmizləyir. Çünki rəis özünə yaxın adamların adını xadimə kimi yazdıraraq hər ay onlara yazılan əmək haqqını başqa istiqamətə yönəldir. Həmin "ölü can"ların işini isə bələdçilər görür. Bundan başqa, dövlət tərəfindən qatarların təmizlənməsi üçün verilən sabun, yuyucu toz və sair lazım olan əşyaların heç birisi qatarlara verilmir. Təkcə xlor verilir. Rəis göstəriş verib ki, qatar rəisi sabunu, yuyucu tozu, başqa lazım olanları özü alsın. Bir neçə gün əvvəl qurumun Yol Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri, 53 yaşlı Emin Rzayev çalışdığı şöbəyə məxsus 50 kiloqrama yaxın kimyəvi təmizləyici vasitəni qeyri-qanuni şəkildə satan zaman polis əməkdaşları tərəfindən saxlanıldı. Bu isə onu göstərir ki, Bakı Vaqon Deposuna ayrılan təmizlik vasitələri təyinatı üzrə istifadə olunmur. Rəhman Əbişovun Bakı Vaqon Deposunda əsas adamı Hikmət adlı müavini və mühasibat işi ilə məşğul olan bir xanımdır".
Hafiz Məmmədli

Conflict.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.