"Sabahısı Kərəm Həsənovu dar ağacından assalar belə, şübhələnməyin"... - Komitə sədri haqda şok informasiyalar...

30-11-2015, 19:07           
"Sabahısı Kərəm Həsənovu dar ağacından assalar belə, şübhələnməyin"... - Komitə sədri haqda şok informasiyalar...
Bu günlərdə xəbər verərək bildirmişdik ki, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxın adamlarından biri Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlı ilginc ittihamlar səsləndirib.

DİA.AZ müəllifin anonimliyini qorumaqla, həmin ittihamlardan bəzilərini təqdim etmişdi:

"Kərəm Həsənov elinin, obasının üzünə çıxa bilməyən bir şəxsdir. Ondan Dövlət xeyir görə bilməz...

Kərəm Həsənov ona çörək verən, onu hakim komandaya gətirən Fərhad Əliyevi çox biabırçı formada, ...yə yaraşmayan tərzdə satdı... özü də keçi qiymətinə... Bu da insanlığa yaraşmayan hadisədir.

Kərəm Həsənov üşün pul ən vacib şərtdir. Bunu zaman göstərdi. Bu adam Fərhad Əliyevi satdığı kimi indi də Eldar Mahmudovu satdı. Halbuki o zaman Fərhad Əliyevi satanda Eldar Mahmudova yarınmışdı, indi də özünü qoruya bilməsi üçün əl dəyişdirir... Bu yolla hara gedir.

Kərəm Həsənov Eldar Mahmudovun cinayətkarlıqlarının bir nömrəli ortağıdır. Onu bağışlamaq olmaz. Dövlətimiz, dövləti təmsil edənlər bunu nəzərə almalıdır. Dövləti idarə edənlər hakim komandadan Kərəm Həsənov kimilərini uzaq tutmalıdır.

Kərəm Həsənov Eldar Mahmudova xəyanət etsə də, onun cinayətləri danılmaz faktdır. Bu gün ona inanmaq olmaz... O, yenə də cildini dəyişəcək".

Dia.az bildirir ki, müəllif daha ğır ifadələr də səsləndirir, daha ağır ittihamlara yol verir.

Onu da bildirək ki, bu gün eyni ünvandan redaksiyamıza yeni açıqlamalar daxil olub. Eyni qaynaq ƏmDK-nin sədri Kərəm Həsənovla ilginc faktları açıqlayır. Mənbənin söylədikləri: “Kərəm Həsənov vaxtilə onu siyasi arenaya çıxaran Fərhad Əliyevə xəyanət etdi. Eldar Mahmudovun tələsinə düşdü. İllər ərzində Eldar Mahmudova işlədi... dövlətə yox. Neçə sahibkar bu adamın əli ilə məhv edildi, müflis oldu. Onun bu dövlət və millət qarşısında günahı ölçüyə gəlməz.

İndi də yeni himayədar axtarıb, tapıb, ona sığınıb. Amma müvəqqətidir. Prezident hər şeyi bilir. Sabahısı Kərəm Həsənovu dar ağacından assalar belə, şübhələnməyin”...

teref.az olaraq Kərəm Həsənovun da mövqeyini işıqlandırmağa hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.