Vidadi Zeynalovun “qara kassa”sı ölkədən qaçdı
1-12-2015, 11:37
“Patron”unun həbsindən az əvvəl ölkəni tərk edən Azər Lütfəliyev sabiq aparat rəhbərinin biznesini idarə edirmiş
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun «qara kassası» olaraq tanınan şəxs ölkədən qaçıb. Bu barədə JAM.AZ-a etibarlı mənbələrdən məlumat daxil olub.
Həmin məlumatda deyilir ki, Zeynalovun «xas» adamı olaraq tanınan Azər Lütfəliyev bu yaxınlarda ölkəni tərk edib və ailəsi ilə birlikdə xarici ölkələrdən birində yaşayır. Onun həmin məmləkətdə şəxsi evi olduğu bildirilir.
JAM.AZ-a danışan mənbə vurğulayıb ki, Azər Lütfəliyev Vidadi Zeynalovun bütün biznesini idarə edib. Onun ixtiyarında sabiq aparat rəhbərinə məxsus hotellər, istirahət mərkəzləri, market və digər obyektləri olub. Onun Vidadi Zeynalovun həbsindən az əvvəl ölkəni tərk etməsi isə heç də xaricə istirahət məqsədiylə getdiyi anlamına gəlmir. Düzdür, bununla bağlı o yaxın adamlarına söz deyib. Lakin yevlaxlı Azərin ölkədən qaçdığı vurğulanır.