Yetimin evini sökən icra başçısı Nardarana iş-işdən keçəndən sonra gəlirsə... - Bu, artıq ən ucuz reklam hesab olunmalıdır...

2-12-2015, 14:25           
Yetimin evini sökən icra başçısı Nardarana iş-işdən keçəndən sonra gəlirsə... - Bu, artıq ən ucuz reklam hesab olunmalıdır...
Biz ondan ancaq hansısa bir yetimin haqqı tapdananda yazdıq. Çünki başqa nəsə bir olayı olmurdu ki, xəbərə evirək. "Adil Vəliyev filan yeri sökür", "Adil Vəliyev filan yetimin haqqını yedi", "Adil Vəliyev filan çarəsizi təhqir etdi" və s.

Gələn xəbərləri bunlar idi. Bu gün isə diqqətimizi bir xəbər cəlb elədi: Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də bu gün səhər Nardaran qəsəbəsinə gəlib...

Pah atonnan... Nə əcəb xəbərdir.

Ay xoş gəlib, səfa gətirib... Qalxaq ayaqlarının altına bir xalı da döşəyək.

Məgər bu YETİMLƏRİN QƏNİMİ dünənə qədər Nardarandan xəbərsiz idi? Xəbəri yox idimi ki, onun rəhbəri olduğu rayonda Nardaran kəndində küçələrə belə dövlət tərəfindən verilən adlar dəyişdirilib? Bunları bilmirdimi?

Biz demirik ki, Adil Vəliyev Nardarana hücum çəkəydi... Amma bir başçı kimi ən azından Nardaran qara bayraqlara bürünən zaman o kəndə getməli idi.

Təbii ki, qorxurdu. Bu da yetim-yesir deyil ki ekskavatorla gəlib, evini başına uçurdasan...

İndi isə rahat-rahat Nardarana gəlir. Yəni özünün bu rayonun, həm də Nardaranın icra başçısı olduğunu sezdirir.

Amma biz görmürük, cənab Adil müəllim...

Çünki siz heç vaxt Prezidentin sizə həvalə etdiyi vəzifəyə layiq olmamısınız, prezidentin etimadını doğrultmamısınız. Və bu gün sizin Nardarana gedib-getməməyiniz sıradan xəbər əhəmiyyətində belə mediatik deyil. Əksinə əsəbləşdiricidir.

Biz də bu xəbəri yaymamaqla oxucularımızın qanını qaraltmaq istəmədik.

Çünki artıq QARA RƏNG yığışdırılır. Nardarandan başlanan proses digər bu kimi irinə çevrilmiş ünvanları da ağuşuna alacaq... İnşallah...

Bu zaman isə başqa adilvəliyevlər də səhər tezdən hamının yatdığı saatda oralarda görsənəcəklər...

Sadəcə olaraq varlıqlarını sezdirmək üçün...

Və sonra da kabinetlərinə çəkilib növbəti yetim evlərinin dağıdılmasına fətva vermələrinə davam edəcəklər...

Bizi bağışlayın, amma sizi səmimi qəbul etmədik... dia.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.