Kərəm Həsənov hədəfdədir - Komitənin səlahiyyətləri ASAN xidmətə verilir İDDİA

4-12-2015, 16:13           
Kərəm Həsənov hədəfdədir - Komitənin səlahiyyətləri ASAN xidmətə verilir İDDİA
Dünənə qədər verilən məlumatlarda Ziya Məmmədovun artıq hədəfdə olduğu vurğulanırdı. Məlumatlı mənbənin teref.azya verdiyi xəbərə görə bu xəbərlərin arxasında əslində Kərəm Həsənov dayanır. Çünki artıq vəziyyət o yerdədədir ki, Kərəm Həsənova çıxış yolu kimi mətbuatda Ziya Məmmədova qarşı bu kimi məlumatların yayılması qurtuluş yolu kimi görünür. Məlumatlı mənbənin verdiyi məlumata görə Kərəm Həsənovun qurduğu şəbəkə bu gün əhalinin sosial rifahın yaxşılaşmasına əngəl olan bir nömrəli şəbəkədir.
Prezident İlham Əliyevin axır zamanlar verdiyi fərman və sərəncamları sabota edən və korrupsiya bataqlığında boğulan Kərəm Həsənovun komitəsi deyəsən artıq öz mövcudluğunu başa vurmaq ərəfəsindədir. Çünki əhalinin rüşvətsiz heç bir iş görə bilməyəcəyi yerlərdən biri daha doğrusu ən birincisi elə əmlak komitəsidir. Kərəm Həsənovda bunu hiss etdiyinə görə mətbuatdan istifadə edərək izi azdırmaq istəyir və gündəmi dəyişmək üçün gündəmə Ziya Məmmədov faktorunu gətirir.
Mənbənin verdiyi məlumata görə Ziya Məmmədov artıq bütn anlaşılmamazlıqlarını həll edib.
Kərəm Həsənovun Eldar Mahmudovla şərikli şübhəli əməliyyatları, sahibkarların əmlakının əlindən alınaraq MTN generallarının sahibliynə verilməsi ( bütün bunlar haqda mətbuatda dəfələrlə yazılmışdı və təkzib olunmamaışdı) əməliyyatları komitə sədrinin axırına çıxıb. Bütün bunlar az imiş kimi qardaşı Malik Həsənovunda qanundan kənar əməliyatları barədə mətbuata sızdırılan və indiyə qədər də təkzib olunmayan məlumatlarda artıq hədəfdə Kərəm Həsənovun olduğundan xəbər verir!
Bu komitənin bütün səlahiyyətləri ASAN xidmətə veriləcək!
Bunları teref.azya məlumatlı mənbə danışdı!
Qarşı tərəfi dinləməy hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.