Qax Peşə Məktəbinin direktoru Kamal Muxtarlı barədə şikayətlər artır – tələbələrin təqaüdlərini mənimsəmə faktları

21-12-2019, 08:54           
Qax Peşə Məktəbinin direktoru Kamal Muxtarlı barədə şikayətlər artır – tələbələrin təqaüdlərini mənimsəmə faktları
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan biri kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm addımlar atılır.

Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Bu çərçivədə Qax Peşə Məktəbinin direktoru Kamal Muxtarlının qanunsuz hərəkətləri barədə redaksiyamıza bir sıra məlumatlar daxil olub. Belə ki, Qax Peşə Məktəbinin direktoru Kamal Muxtarlı ona etibar edilmiş pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə mənimsəyərək talayır, həmin əməli ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin ayrılmış təqaüd vəsaitinin şagirdlərin təhsilə marağını həvəsləndirmək, təminatlarını qarşılamaq, onların dərslərdə real iştirakını təmin etmək məqsədinə uyğun istifadə olunması və qarşıya qoyulan peşə nailiyyətlərinin təmin edilməsindən ibarət fəaliyyətini pozmaqla dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə edir.

Qax.org.az saytı olaraq, məsələni diqqətdə saxlayacayıq və yaxın günlərdə daha geniş araşdırma yazısı təqdim edəcəyik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru