Abşeron sakinləri İradə Gülməmmədovanın fəaliyyətindən niyə narazıdır? – RƏYLƏR

22-12-2019, 09:43           
Abşeron sakinləri İradə Gülməmmədovanın fəaliyyətindən niyə narazıdır? – RƏYLƏR
İki gün öncə Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının rüşvət və korrupsiya faktlarına görə, iki icra başçısını həbs etməsi xəbəri diğər korrupsiyaya bulaşan məmurları, əsasən də icra başçılarının ciddi narahatlığına səbəb olub. Bunu açıq formada biruzə verməyən bəzi icra başçıları var ki, onların da yoxlamaya məruz qalacağı və yaxud artıq yoxlandıqları qaçılmazdır.
Bütün bunların fonunda harama, rüşvətə öyrəşən bəzi icra başçıları öz çirkin əməllərini həyata keçirmək üçün yəqin ki, başqa planları işə salıblar. Bəzilərinin öz iş otaqlarını və görüş yerlərini dəyişməsi ilə bağlı məlumatlar gəlməkdədir.

Bu arada hətta otağında kamera axtarışı aparan icra başçılarının olduğu barədə məlumat yayıldı. İcra başçısı otağında kamera axtarırsa, deməli ortada nəsə məqam var.

Ötən gün Abşeron rayon icra başçısı İradə Gülməmmədovanın da kamera problemi ilə bağlı məlumat vermişdik.

Qeyd olunurdu ki, İradə Gülməmmədova işə gələn kimi otağında kamera axtarışı həyata keçirib. Çox təəssüflər olsun ki, icra hakimiyyəti bu faktı nə təkzib, nə də təqsdiq etdi.

Bu xəbərin sosial şəbəkədə qısa bir zamanda sürətlə paylaşılması və Abşeron sakinlərinin icra başçsı İradə Gülməmmədovadan narazılığı bütün çılpaqlığı ilə göründü. Şərh yazan minlərlə rayon sakini açıq formada Abşeronda İradə Gülməmmədovanın fəaliyyətsziliyini bildirir və onu ciddi faktlarla ittiham edirlər.

Görünür İradə Gülməmmədova Abşeronu idarə edə bilmir.

Sosial şəbəkədə yazılan rəyləri oxuculara təqdim edirik:
/azsiam.info/















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.