Nəsimi icra hakimiyyəti PİLLƏKƏNDƏN DƏ pul qazanır - İDDİA (VİDEO+FOTO)

22-12-2019, 20:38           
Nəsimi icra hakimiyyəti PİLLƏKƏNDƏN DƏ pul qazanır - İDDİA (VİDEO+FOTO)
Taksi sürücüləri rahat pul qazanmaq üçün, Nəsimi rayon icra hakimiyyətinə 500 manat,yerli Mənzil Kommunal İstismar idarəsinin rəisinə isə 200 manat rüşvət veriblər.

İxa.az bildirir ki, adının çəkilməyin istəməyən taksi sürücüsü redaksiyaya belə iddia ilə müraciət edib.

Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində, Memar Əcəmi metrostansiyasının çıxışında taksi sürüçüləri icra hakimiyyətinə rüşvət bahasına öz maddi maraqları üçün qanunsuz piayada yolu-pilləkən inşa etdirib. Bu səbəbdən də Nəsimi rayon icra hakimiyyətinə 500 manat, yerli Mənzil Kommunal İstismar idarəsinin rəisinə isə 200 manat rüşvət verilib ki, ərsəyə gələn nərdivan vasitəsi ilə həmin ərazidə duran taksi sürücüləri Xrdalan və Masazıra rahat "xaltura" edə bilsinlər.

Qeyd edək ki, həmin ərazidə taksi sürücüləri dayanma-durma qaydalarını pozaraq avtobobillərin gediş-gəlişinə ciddi mane olurlar və saatlarla həmin ərazidə tıxaclar yaranır. Nəticədə də insanların mənzil başına və ya evinə getməyinə çətinliklər yaranır.

Şikayətçi məlum hadisə ilə bağlı Yol Polisindən və Nəqliyyat Agentliyindən də kömək istəyib. Və özbaşınalıqla bağlı sübut olaraq foto və video da çəkib.

İxa.az həmin video və fotoları təqdim edir:

Qarşı tərəfi də dinləməyə hazırıq.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.