Elmar Vəliyevin övladlarının Türkiyədə biznesi var- SƏNƏDLƏR

23-12-2019, 03:20           
Elmar Vəliyevin övladlarının Türkiyədə biznesi var- SƏNƏDLƏR
Teref.az yazır ki, əski Gəncənin icra başçısı Elmar Vəliyevin övladlarınında xaricdə şirkətləri aşkar edilib. Bu barədə jurnalist Hafiz Babanlınin apardığı araşdırmadan məlum olur. Sosial şəbəkələrdə paylaşılan araşdırmanı təqdim edirik:
"Jurnalist Hafiz BABALI araşdırıb ki,

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin övladları 2016-cı ilin noyabr-dekabr aylarında Türkiyədə 3 şirkət yaradıblar.
Kübra, Lalə və Elmir Vəliyevlar İstanbuldakı Vista İnşaat ve Dış Ticaret A.Ş., Costa Turizm İnşaat ve Dış Ticaret A.Ş. və Expa Turizm İthalat İhracat ve İnşaat A.Ş. şirkətlərinin 25/25/50 faiz pay nisbəti ilə payçılarıdır. Vəliyevlər bu şirkətlərə torlam 300 000 lirə yatırıblar. E. Vəliyevin övladlarının şirkətlərinin üçünün də əsas fəaliyyət sahəsi mehmanxana biznesidir. Bu şirkətlərin üçünə də Elmir başçılıq edir.
Hər üç şirkət Bayrampaşadakı Yenidoğan məhəlləsinin Demirqapı prospekti, Rifatağa Çarşısı, ev 32, 2-ci mərtəbədə yerləşir. Türkiyə mənbələrinə görə, burada 2016-cı ilədək Suz-i Dilara Cafe fəaliyyət göstərib.
Təsis sənədlərində Vəliyevlər yaşayış yeri kimi Bakının Nərimanov rayonundakı Murtuza Nağıyev, 19G nömrəli ev qeyd ediblər."















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.