Zakir Fərəcovun biznesinin SİYAHISI

7-01-2020, 07:56           
Zakir Fərəcovun biznesinin SİYAHISI
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun biznesinin siyahısı yayılıb.

Pravda.az-ın xəbərinə görə, siyahını bloqer Həbib Müntəzir yayıb.


RESTORAN və OBYEKTLƏR

Sumqayıtda "Şahənə" şadıq sarayı

Novxanıda dəniz kənarında "Kalyon" restoranı

Yeni Bulvar ərazisində “Dəniz”restoranı

Sumqayıtın girişində OS- OİL

Sumqayıtda "İST" petrol (50% onundur)

Sumqayıtda "Səda Store"

13-cü mikr-da "Qold Qayalı" super ticarət şəbəkəsi (50% şərik)

Sumqayıt bulvarına bitişik yaşayış massivi

Kuşadasında “Norf” adı altında “Bistro” kafesi, sushi və balıq restoranı

Sumqayıtın 44-cü məhəlləsində “NORF” adlı şirəli içkilər istehsalı

Türkiyədə eyni, NORF markalı içkilərin istehsalı

Qızının idarə etdiyi "UVENTA" gözəllik salonu, eyni adlı estetik mərkəzi

"Kimyaçılar" sarayı qarşısındakı "Zəfəran" restoranı


MƏNZİL və VİLLALAR

Qurd dərəsi və Novxanı bağlarında 6 villası

Corat kəndində 1 villası

İzmirin Kuşadasında villası

Sumqayıt 29-cu MƏH., ev 17/18, mən 6 ünvanında mənzil

Binəqədi rayonu, Musabəyov küç. 20 ünvanında mənzil

Sumqayıtın 21-ci mikrorayonunda qızlarına məxsus 3 villa

Novxanıda hektarlarla bağ sahəsi

Zakir həm də tikinti maqnatıdır. Saray kəndi ilə Sumqayıt körpüsünə qədər olan yeni yaşayış massivi onundur.


ŞİRKƏTLƏR

“Əsnayə MMC“ şirkəti (kürəkəni Əkrəmindir)

“LC-2008 MMC“ şirkəti (kürəkəni Müşviqindir)

“RAMİL-2000“ Fərdi Firması (kürəkəni Müşviqindir)

“Ruslan-S” tikinti şirkəti (qardaşı oğlunundur)

Əslində İradə Gülməmmədovaya məxsus biznesin 90%-i Zakir Fərəcova da məxsusdur.


QOHUMLUQLAR:

Qardaşı oğlu Nizami rayon prokurorunun müavini Pərvin Fərəcov

Bacısı oğlu Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin işçisi Elgiz Fərəcov

Bacısı oğlu Abşeron Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Məhəmməd Həsənov

Qudası Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə

Qudası Ərazi maliyyə müfəttişliyinin rəisi Akif Zeynallı

Kürəkəni Çin və Şimali Koreyada olan fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı.

Qudası Sumqayıt Şəhər icra hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəsi Cəmil Quliyev

Kürəkəni 3 saylı Mənzil İstismar Sahəsinin rəisi Müşviq Quliyev

Qardaşının qudası “Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov

Zakir Fərəcovun qardaşı oğlu Ruslan Fərəcov biznesmendir. "NORF" adlı içkilər buraxır, Azərbaycanda və Türkiyədə. İzmirdə eyni adlı restoranı var. NORF-un mənası, budur: Nazimin Oğlu Ruslan Fərəcov. Yəni baş hərflər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.