Vasif Talıbovun oğlu adına otel açdı - Dubayda

17-02-2020, 17:50           
 Vasif Talıbovun oğlu adına otel açdı - Dubayda
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbov Birləşmiş Ərəb Əmirliklərində qülləyə öz adını verib.

Unikal.org xəbər verir ki, bununla bağlı jurnalist Cavanşir Həsənli araşdırma aparıb.

Bildirib ki, qüllənin rəsmi adı Al Rza Towerdir. Bina Talıbovlar ailəsinə məxsus Gəmiqaya Holdinq tərəfindən inşa olunub.

Ünvanı belədir: 60, 1 Street, Ajman Industrial 2, Ajman Office 1201. Bina yaşayış təyinatlıdır, 12-ci mərtəbəsində holdinqə daxil olan GƏMİQAYA REAL ESTATE daşınmaz əmlak şirkəti yerləşir. Talıbovların körfəz ölkələrindəki əmlakı bu şirkət vasitəsilə idarə olunur.

Yeri gəlmişkən, Talıbovların BƏƏ-dəki daha bir şirkəti GEMIKAYA GENERAL TRADING LLC-dir. Şirkətin ofisi Dubai Investment Parkda yerləşir. Şirkət ərəb ölkələrinə "Badamlı" sularının satışını, eyni zamanda Azərbaycanla Körfəz ölkələri arasında digər ticari əməliyyatları reallaşdırır. Ticarət şirkətinin gəliri 1 milyon dollar göstərilir.

Xatırladaq ki, Rza Talıbov Dövlət Miqrasiya Xidmətində idarə rəisidir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru