“Necə olur ki, tualetin də haqqını tez-tez qaldıran idarənin 160 min vergi borcu olur? - İqtisadçı

28-06-2020, 09:18           
“Necə olur ki, tualetin də haqqını tez-tez qaldıran idarənin 160 min vergi borcu olur? - İqtisadçı
“Dənizkənarı Bulvar İdarəsinə məxsus “Dənizkənarı Milli Park” MMC adlı bir qurum var. Bulvarda tualetlərdən tutmuş kafe-restoranlara qədər hər bir obyektə nəzarət edirlər. Adi dondurma satandan tutmuş, əlində şar satanlara qədər hamıdan xərac alırlar. Məlum olur ki, bu təşkilatın büdcəyə 160 min manat vergi borcu var - yəni, arxaları o qədər möhkəmdir ki, vergi ödəmirlər - az qala havadan da pul qazanan MMC-nin vergi borcu olmamalıdır”.

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.

N.Cəfərli qeyd edib ki, dövlət institutları məhz belə ikili standartlara görə gözdən düşür: “Məsələn, məni 2016-da həbs edərkən maddələrdən biri vergi borcu məsələsi idi - halbuki, mənim Vergilər Nazirliyindən rəsmi məktubum var idi ki, heç bir borcum yoxdur. Sonra bağlı VÖEN-ə 2072 manat borc yazdılar, bir daha - 2015-dən bağlı olan VÖEN-ə borc yazdılar, daha ötəsi, 2019-da bir neçə günlük ölkədən çıxışıma qadağa qoydular. Məhkəməni Apellyasiya mərhələsində uddum, qadağanı ləğv etdilər, amma hələ də borcu silmirlər.

Yaxşı, necə olur ki, vətəndaşın 5-10 manat vergi borcu olan kimi boğazına çökürlər, amma kimlərinsə kölgəsində gəzən, hər gün minlərlə manat havayı pul qazanan, tualetin də haqqını tez-tez qaldıran idarənin 160 min vergi borcu olur, heç kim də onlara heç nə demir?! Ədalət olmayan yerdə inamsızlıq olur, məhz ədalətsizlik insanın dövlətin aldığı qərarlara imansızlıq yaradır - nəticədə virusla mübarizə də effekt vermir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru