Sabirabad rayon icra başçısın Nazim İsmayılovun oğlu maşın kolleksiyasındakı ən ucuz maşını satdı — FOTOLAR

12-01-2016, 22:14           

Sabirabad rayon icra başçısının oğlu avtomobilini satır.

Bu barədə oxuculardan biri xəbər verib.

Mənbə bildidirir ki, başçı Nazim İsmayılovun oğlu Anar İsmayılov avtomobil satışı üzrə fəaliyyət göstərən elan saytlarından birində özünün "Toyota Land Cruisez" markalı avtomobilini satışa qoyub.

Elanda qeyd edilib: "Tormozların antiqapanma sistemi (ABS), təhlükəsizlik yastıqları, park radarı, yağış sensoru, ksenon lampalar, dumana qarşı işıqlar, mərkəzi qapanma, yüngül lehimli disklər, kondisioner, klimat-kontrol, kruiz-kontrol, lyuk, avtomatik şüşəqaldıranlar, qızdırılan oturacaqlar, yan güzgülərin qızdırıcısı, audiosistem, dəri salon, bort kompüter, naviqasiya sistemi / TVD/DVD, cd-çeyncer. Avtomobil əla vəziyyətdədir, heç bir xərc tələb etmir, probeq dəyişdirilməyib, vuruğu yoxdur, 2015 modelə yığılıb. "Lexus 570"-ə barter edərəm. Fikri ciddi olanlar narahat etsin".

Daha sonra satan şəxsin adı (Anar) və nömrəsi qeyd edilib. Avtomobil 36 min dollara satışa qoyulub. (afn.az)















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru