Unibank müştərilərinə problem yaradır - İDDİA/FOTO
30-07-2020, 17:51

Teref.az xəbər verir ki, banklarla bağlı şikayətlərin çoxu Bankların müştəriləırini ziyana salmaqları barədədəir. Köçürülməyən pulu geri qaytarmırlar, kartları üstndən pul əməliyyatları aparırlar və daha nələr və nələr...
Teref.az-ın sizə təqdim edəcəyi bu şikayətdə Unibankdandır və şkiayətçi olan Aynur Məmmədli bankın onların başına açdıqları oyunu belə təsvir edir:
Şikayətim Unibank -dandır.
20.07.2020 tarixində Nijat mənim Vergi və DSMF ödənişimi HÖP vasitəsilə edib. Vergi ödənişi uğurlu keçdi, DSMF ödənişində isə əməliyyat uğursuz oldu. Ödədiyi 114.40 azn dərhal geri balansa qaytarıldı, 22.07.2020 tarixində ödəniş edildi eyni məbləğdə, əməliyyat yenə uğursuz oldu, lakin məbləğ balansa qaytarılmadı. 4 gün gözlədik ki, bəzən belə olduqda özləri balansa qaytarır. Ancaq geri dönüş olmadığı üçün 27.07.2020 də müraciət etdi Unibanka.
Teref.az yazır ki, bunları şikayətçi Aynur Mmmədli yazır.
Onlarda hələ 10 gündən sonra baxacaqlarını deyir. Və gec ödənişə görə artıq 5 AZN faiz gəliblər üstünə. Arada da 4 gün bayram günü, təxminən avqustun son günlərinə düşəcək cavabları. Oturub gözləməliyik ki, nə zaman geri dönüş edəcəklər? Sistemdə səhv varsa dərhal da geri qaytar da balansa. DSMF-ə də pul keçməyib, 120 azn borc göstərir.

Teref.az olaraq Unibankın müştəriinin şikayətini ictimailəşdirərək ümid edirik ki, Bankda öz mövqeyini bildirəcək və biz onu gələn saylarımızda oxuculara təqdim edıcıyik!
Teref.az
