"Bakcell”in “Klass”ik fırıldağı ifşa olundu – Şikayət

15-01-2016, 16:17           
"Bakcell”in “Klass”ik fırıldağı ifşa olundu – Şikayət
"Bakcell” mobil operator şirkətindən şikayətlər səngimir. Ölkənin aparıcı mobil şirkətinin abunəçilərə qarşı etdiyi fırıldaqlar barədə məlumatlar yayılır.

VİZUAL.az xəbər verir ki, İlkin Mirzəzadə adlı abunəçi iki ilə yaxındır Bakcellin Klass L tarifindədir: "Bu tarif necə deyərlər adama soyur . 5 manat aylıq 100 dəqiqə danışıq,100 sms ,100 mb internet verir. Bu yaxşı tərəfidir. İndi gəlin aylıq 5 manat vermək istəməyəndə nə olur. Bu tarifdən çıxmaq 5 manata başa gəlir. Lakin çıxmaq istədiyin zaman yeni paket aktivləşir və beləliklə 10 manat ziyana düşürsən.

Yeni paket almadıqda Bakcell sanksiya tətbiq edir. Konturun olmasına rəğmən 2 gün sonra nömrən bağlanır. Belə sual verim bəlkə müştəri 5 manat istəmir vurmaq? Hələ Bakcellin internet fırldağın demirəm, xaricdə internet tükənəndə avtomatik dayanır və kontur çıxılmır indi hünərin varsa internet paketi bitsin. Gəldik yenə Bakcellin gözəl Klass tariflərinə məsləhətim odur ki, heç bu tarifə keçməyəsiniz”.

Bundan başqa, müştərilərin istəyi nəzərə alınmadan "Mançester Yunayted” pullu xidmətinə abunə edir, balansdan pul silirlər.

Bildirilir ki, bütün proses abunəçinin xəbəri olmadan baş verir: "Bir dəfə mənə 09975 Bakcell-in qısanömrəsindən zəng gəlmişdi. Zəngə cavab verdikdə bildirdilər ki, şikayətinizlə əlaqədar zəng etmişik. Mən də cavabımda bildirdim ki, bəli, Bakcell-dən şikayətçiyəm Çünki nə düzgün xidmət göstərirsiniz, nə keyfiyyət var, nə müştəri məmuniyyəti.

Cavab da bu oldu ki, guya Bakcell bütün mobil operatorlardan sən demə üstün imiş. Yəni, şikayətimlə əlaqədar zəng edən bəy operator ancaq şirkəti təriflədi və mən elə başa düşdüm ki, boşuna şikayət etmişəm. Çünki həmin operator mənim şikayətimi sistemdə qeydə almamış, əksinə mənimlə çox kobud danışmışdı. 555-in operatorları da şirkətin özü kimi bərbad xidmət göstərir”.

Müxtəlif yollarla müştəriləri soğan qabığı kimi soyan oprator hər gün yeni kampaniya adı ilə milyonlar qazanır.

Bu barədə tərəf.info-ya müraciət olunan şikayətdə deyilir.

"Hörmətli redaksiya əmimoğlu mənə "28 MOLL" ticarət mərkəzinin kino zalında dekabrın 18-də həyata keçirdilən məşhur "Ulduz müharibələri"nin premyerasına 4 dəvətnamə hədiyyə etmişdi. İki azyaşlı oğlum var. Onlar bunu eşidəndə çox sevindilər. Bir dəvətnamə artıq olduğu üçün oğlum öz dostunu dəvət etdi. Biz dəvətnamələri götürərək sevincək "28 MOLL" ticarət mərkəzinin kino zalına getdik. Lakin sevincimiz ancaq ora çatana qədər oldu. Qapıda bizi qarşılayan kino zalının qapıçısı dəvətnaməyə baxaraq bunun nə olduğunu soruşdu. Mən ona dəvətnaməni oxumağı məsləhət gördüm. Lakin o bizi buraxmayacağını dedi. Çünki "Bakcell"in heç bir aksiyasından xəbəri olmadığını və müdüriyyətin ona bu barədə heç nə demədiyini səbəb kimi göstərdi. Bu zaman bir cavan oğlan bizə yaxınlaşdı və özünü administrator kimi təqdim etdi. Dəvətnamə ilə tanış olandan sonra bizi içəri buraxmaq haqqında göstəriş verdi. Lakin filmi başlayandan 10 dəqiqə sonra bir nəfər mənə yaxınlaşıb admnistratora yaxınlaşmalı olduğumu dedi. Mən həmin adamla admnistratorun yanına getdim. Admnistrator mənə dəvətnamələrin etibarsız olduğunu,"Bakcell"in onlara heç bir ödəniş etmədiyini bildirdi. O, bizə hər biri 8 manat olmaqla bilet almalı olduğumuzu dedi. Məcbur olub 32 manat verib bilet aldım. Axı iki azyaşlı uşağım və bir oğlumun azyaşlı dostunu necə zaldan çıxarda bilərdim? "

Şirkətin fırıldaqları bununla bitmir.

"Biz başa düşürük, hər şey ola bilər. Lakin bu hər şeyi "Bakcell" əvvəldən nəzərə alaraq bizim kimi yüzlərlə insanı xəbərdar etməli deyildimi? Yoxsa onlar bu camaatı əşya hesab edir? Mən nəyə görə hanısa şirkətin yalançı reklamına görə ziyana düşməli idim? Bu qədər insanları aşağılamaq olarmı? "28 MOLL"un işçilərinə deyəndə ki, əvvəldən xəbərdar edəydiniz, onlar cavab verdilər ki, nə barədə xəbərdar etməli idilər? Filmin premyerası gedir. Biz filmi göstəririk. "Bakcell" sizi xəbərdar etməli idi, lakin o da özünə əziyyət verməyib. Görəsən, bu fırıldaq "Bakcell"ə nə qədər baş ucalığı gətirdi?"

Qeyd edək ki, "Bakcell”in belə fırıldaqları haqda çox yazılsa da, şirkət indiyə qədər özündə məsuliyyət hissi olduğunu dərk etməyib. Müxtəlif kampaniya adı ilə müştəriləri soymaq, onlara qarşı etinasız münasibət sərgiləmək heç bir quruma baş ucalığı gətirmir.

Bütün bunlara baxmayaraq qarşı tərəfin də fikirlərinə yer ayırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.