Ağdam Dövlət Sosial-İqtisad Kollecində rüşvət zülmü ərşə qalxıb - ŞİKAYƏT
17-01-2016, 21:16
teref.az olaraq dəfələrlə Ağdam Dövlət Sosial-İqtisad Kolleci barədə yazmışdıq. Lakin bu günə qədər yazdıqlarımızın deyəsən heç bir xeyri yoxdur. Çünki saytımıza gələn və sosial şəbəkələrdə yayımlanan şikayətlərdən görünür ki, kollecdə vəziyyət heç də yaxşı tərəfə dəyişməyib.
"Hörmətli redaksiya Ağdam Sosial- İqtisadi Kolleçdə oxuyantələbələr oxumayan tələbələrə nisbətən daha az xərcə düşürlər. Ümumilikdə isə, imtahan sessiyaları tələbələr üçün ağır keçir. Əksər hallarda ixtisas rəhbərlərinin tələb etdiyi "şirinlik" bizi qane etmir. Elə məbləğ deyirlər ki, bunu verməyə gücümüz çatmır. Nə qədər etirazımızı bildirsək də, heç bir xeyri olmur. Müəllimlərimiz deyir ki, direktorun tapşırığı var və kim deyiləni etməsə, kəsirə qalacaq. Natiq müəllimin əsas qazanc mənbəyindən biri də qayıblar və qiyabi təhsil alan tələbələrin hesabınadır. Belə ki, qiyabi təhsil alan tələbələr onlar üçün müəyyən edilmiş tədris dövründə bir gün də olsa dərsə gəlmirlər. Bunun qarşılığında kollecin rəhbərinə "görüm-baxım" edirlər. Qayıb həddini keçən tələbələr də ənənəvi üsullardan istifadə edir. Qayıbın silinmə "cədvəli"ni isə sözsüz ki, direktor müəyyənləşdirir. Bir sözlə, kollecdəki bütün qanunsuzluqlar Natiq müəllimin nəzarəti altında həyata keçirilir. Direktorun başqa tarifləri də var. Məsələn, dərsə 5 dəqiqə gecikən hər tələbə ya geri qaytarılır, ya da müəyyən miqdarda "cərimələnir". Halbuki, təhsil müəssisələrində dərsə gecikməyə görə cərimə tətbiq olunmur. Bu, Natiq Cavadovun Ağdam Dövlət-Sosial İqtisad Kollecinə gətirdiyi "yenilik"dir. O, həyata keçirdiyi bir çox qanunsuz işi Təhsil Nazirliyi ilə bağlayır. Direktor deyir ki, imtahan sessiyalarından, həmçinin digər işlərdən əldə olunan gəlir təkcə ona qalmır və yığılan vəsaitin böyük hissəsi nazirliyə göndərilir. Biz dəfələrlə nazir Mikayıl Cabbarovdan eşitmişik ki, təhsil ocaqlarında heç bir tələbədən imtahan və digər ödənişlər üçün pul yığılmamalıdır. Görəsən, kollec rəhbəri bizdən aldıqlarını həqiqətən də, nazirliyə göndərir, yoxsa?".
Daha bir şikayuətçi yazı:
"Goresen biz deedimizi kime deyek? Agdam Dovlet Sosial - İqtisad Kollecinde menim ovladim tehsil alir. Bu gun imtahani idi mektebin direktoru istediyi pulu vermediyime gore menim uwagimi imtahandan kesib. Halbuki menim uwagim tam hazir idi ve bunu eminlikle deyirem. Imtahanlardan kecirme qiyneti 250, 300 manatdi.
Men hardan alım o pulu bilmirəm."
Beləliklə iki müraciət ikisidə eyni məzmunda. Görəsən cənab Mikayıl Cabbarov Ağdam Sosial- İqtisadi Kolleçinədə bir diqqət yetirərərk əhalinin dərdinə bir çarə tapacaq?
teref.az olaraq qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
teref.az