"..hansısa insanlıqdan uzaq şərəf yoxsulu mənim kartımdan necə belə rahat istifadə edə bilər axı" -UniBank-dan şikayət var İDDİA
16-08-2020, 16:24
Хумай Джавадзаде Teref.az xəbər verir ki, Humay Cəfərova adlı sosial şəbəkə istifadəçisi UNİBank-dan şikayətçidir. Humay Cəfərova yazır: Şikayətim Unibank dandır! Gənc ailəyə dəstək üçün hesab nömrəsi paylaşmışıq, pul toplansın deyə. Bəllidir ki, hər kəs ödəniş edə bilsin deyə lazım olan məlumatlar paylaşılıb. 200 manatı zorla keçirdik ki, kimsə Amazondan həmin kartla 3 dəfə əməliyyat etdi. Toplam 300 TRY məbləğində əöməliyyat edib, İyzico ilə etdiyi üçün 3D security sms gəlməyib.
Məsələ ilə bağlı İyzicoya da, Amazona da yazmışam. İki şirkət də bildirdi ki, bankınızla əlaqə saxlayın ödəməni rədd etsin. Unibank da deyir Amazona deyin. UniBank- a üz tutan Humay Cəfərova ürək ağrısı ilə yazır: Hər şeyin keçdim, ay qardaş, hansısa insanlıqdan uzaq şərəf yoxsulu mənim kartımdan necə belə rahat istifadə edə bilər axı? Hara baxır bu bank? Belə arxayınlıq yaradır? 2000 man pul toplamalıyıq. Bəlkə elə hamısını çəkərdi? Gənc ailə bu saat gözünü orda yığılan pula dikib, Unibankın çıxardığı hoqqaya bax. Nə edək, dərdimizi kimə deyək, hara köçək millət olaraq? Teref.az olaraq qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq! Teref.az