"Həmin yerdə filial açmaq ola bilər sizə baha başa gəlib, amma bunu hər vətəndaşdan 60 qəpik" - Turan Bank-dan ŞİKAYƏT/FOTO

21-08-2020, 05:15           
"Həmin yerdə filial açmaq ola bilər sizə baha başa gəlib, amma bunu hər vətəndaşdan 60 qəpik" - Turan Bank-dan ŞİKAYƏT/FOTO
Teref.az yazır ki, bu dəfə şikayətçimiz Turan Bank-dan şikayət edir. Sosial şəbəkə istifadəçisi Faris J-v öz şikayətində başına gələnləri belə nəql edir:

"Hörmətli TuranBank ASC ilk növbədə xidməti elə təşkil edin ki, əməliyyatçılarınız bir-birlərinin adıyla koduyla işləmək məcburiyyətində qalmasın.

Bu qəbzdə əməliyyatçı Gülər Vəliyeva yazılsa da xəzinədə oturan əməkdaş kişi idi.

Özünə bildirdim və o mənə bu filial(Baş Dövlət Yol Polisi idarəsindəki) yeni açıldığına görə həmişə belə olduğunu dedi."

"Bundan əlavə 22.40 AZN yerinə 23 AZN tələb edilir. Həmin yerdə filial açmaq ola bilər sizə baha başa gəlib, amma bunu hər vətəndaşdan 60 qəpik artıq alaraq pokrıvat eləmək ədalətli deyil.

Hər əməliyyatdan 0.60 AZN artıq alanda külli miqdarda vəsait edir. Əvvəl orda polislərdən narazı qalırdıq indi onlar düzəlib yerlərini də sizin əməkdaşlara veriblər elə bil."
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru