Oqtay Əsədovun Türkanda dəniz qırağında 1 hektarlıq yeri: "Hələlik burda Əsədovun sevimli itləri dincəlir." FOTO

21-08-2020, 15:08           
Oqtay Əsədovun Türkanda dəniz qırağında 1 hektarlıq yeri:
Teref.az yazır ki, keçmiş spiker Oqtay Əsədovun Türkan kəndində 1 hektarlıq yeri özəlləşdirib. Bu yerin ən əsas özəlliyi isə bir başa dənizə bitişik olmasıdır. Bu barədə müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz statusunda yazıb. Cavanşir Həsəınli yazır:
"Oqtay Əsədov spikeri olduğu Milli Məclisdə hansısa deputat Xəzərin sahillərinin qanunsuz zəbt olunması barədə danışanda bu cənab çox narahat olurdu.
Keçmiş sədr özü də Türkanda dənizin sahilində nə az-nə çox 1 hektarlıq ərazini ələ keçirib, özü üçün özəl çimərliyə çevirib.
Düzdür, burada dəbdəbəli imarət tikdirməyib, bağ-bağat salmayıb, hətta ətrafdakı dəbdəbəli villaların yanında çox kasıbyana görünür.
Hələlik burda Əsədovun sevimli itləri dincəlir."
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru