Təhsil müəsisələrinin fəaliyyətinin qadağan edildiyindən istifadə edən fırıldaqçılar peyda olub - ŞİKAYƏT

22-08-2020, 07:48           
Təhsil müəsisələrinin fəaliyyətinin qadağan edildiyindən istifadə edən fırıldaqçılar  peyda olub - ŞİKAYƏT
Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Əli Nizami (Ali Nizami) bəzi kursların fırıldaqçılıqla məşğul olduğunu yazır. Teref.az olaraq bəzi kursların belə işlərlə məşğul olduğu barədə səhifələrimizdə yazılar gedmişdi. Bu şikayətdə növbəti bir siqnal oldu. Əli Nizami yazır:

"Təhsil müəssisələri fəaliyyət göstərmir, amma bəzi kurslar insanların avamlığından istifadə edib özlərindən hoqqa çıxardırlar. Dərslərin ofisdə keçirilməsi haqqında post paylaşırlar, gedirsən müqavilə imzalayırsan, nə ofisdə dərs olur nə də pulunu geri qaytarırlar. Müqavilə imzalayırsan deyə məcburən dərslərə onlayn formada başlayırsan.

Bu yaxınlarda bir dostumun başına gəlib. Ona görə də bu cür reklamlara və kurslara inanmayın. Fırıldaqçılıqla məşğuldular. İnsanları aldadıb müxtəlif bəhanələrlə müqavilə imzalayırlar və ödənişi geri qaytarmırlar, dərslər isə yalnız onlayndır.

Şəkillərdən də gördüyünüz kimi polislə yaxınlaşacağam yazdıqdan sonra mövzu dəyişdi və postları sildilər."
Teref.az olaraq ümid edirik ki, oxucularımız təhsil fırıldaqçılarının toruna düşməyəcəklər
Teref.az olaraq qarşı tərəfi dinləməyə hazırıq!
Teref.az
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru