Maskasız içəri buraxmırsız - Ok, anladıq, amma unudub maskasız gələnlər üçün maskanı niyə marketin İÇİNDƏ satırsız? ŞİKAYƏT
24-08-2020, 01:48
Teref.az yazır ki, daha bir vətəndaş "Bravo" supermarketlər şəbəkəsindən şikayət edir. Sosial şəbəkə istifadəçisi Elnur Əlizadə (Elnur Alizada) öz şiakyətində yazır:
"Şikayətim Bravo Azs Əhmədli supermarketindəndir. 1) Maskasız içəri buraxmırsız - Ok anladıq, amma unudub maskasız gələnlər üçün maskanı niyə marketin İÇİNDƏ satırsız? Axı mən o maskanı əldə etmək üçün içəri keçməliyəm, içəridə maskasız olmaz. Sual - mən o maskanı necə əldə edim ki, girib alış-verişimi edim? 2) Çeki qoydum cibimə, gəldim evə, 2 saatdan sonra çıxartdım fiskal kodu daxil edim - sistem deyir bu kod artıq istifadə olunub. Mənim cibimdə olan çekin kodun kim və necə vura bilər? Deməli kassirlər 2 ədəd çek çıxarır, müştəri gedəndən sonra özləri gizlin istifadə edir.
Hörmətli Bravo Azs rəhbərliyi, xahiş edirəm bu iki məqamı nəzarətə alasız."