"HP Güven" klinikasında qoyulan səhv diaqnoz - "Dr Mehdi, özümü qoydum bir kənara, qızıma qoyduğunuz yanlış diaqnozu ...." İTTİHAM

24-08-2020, 00:00           
"HP Güven" klinikasında qoyulan səhv diaqnoz -
Teref.az yazır ki, keçən nömrələrimizdə "HP Güven" klinikasından bir şikayəti oxuculara təqdim etmişdik. "HP Güven" klinikasından daha bir şikayət var. Sosial şəbəkə istifadəçisi Araz Əlizadə (Araz Alzadeh) öz şikayətində yazır:
Qızımın bədənində ağ ləkələr var idi, apardıq
"HP Güven" klinikasında Uzman dermatoloq Mehdinin yanına, o da öz növbəsində qızımı müayinə edib İTO Hipomelanozi diaqnozu qoydu. Və soyuqqanlılıqla dedi ki, bədəndəki ləkələr yayılacaq, üzünə qədər gedib çıxacaq, heç bir müalicəsi yoxdur dedi. O adama görə türkiyəyə hazırlıq gördük ki, gedək qızımı müalicə etsinlər.
Teref.az yazır ki, daha sonra Araz Əlizadə başına gələnləri belə nəql edir:
Sağolsun bir dostum Türkiyədə əlamətləri həkimə qiyabi başa salıb və İtohypomelanosi diaqnozu qoyulduğunu deyib. Həkim isə beyinin MRı olmadan necə bu diaqnozu qoyduğunu və tamamilə yanlış diaqnoz olduğunu bildirib. narahat olmağa heç bir əsas olmadığını və buna görə türkiyəyə gəlməməyi məsləhət gördü. Üstündən 1 ildən çox vaxt keçib və ləkələr yavaş yavaş çəkilib gedir.

Həmçinin bundan 2 il öncə də Mehdi həkimin yanına, saçlarımın dibindəki səpkilərə görə getmişdim. Mənə 1 dərman yazdı, neçə ay dalbadal atdım, xeyri olmadı.

Özlərinə təzə ad qoyublar "uzman"...

Dr Mehdi, özümü qoydum bir kənara, qızıma qoyduğunuz yanlış diaqnozu soyuqqanlılıqla üzümə deməyinizi və mənə və ailəmə yaşatdıqlarınızı sizə bağışlamıram.
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.