Siyavuş Novruzovun "mürəbbə biznesi"nə nəzarət edən köməkçisi -FOTO/VİDEO

24-08-2020, 18:02           
Siyavuş Novruzovun "mürəbbə biznesi"nə nəzarət edən köməkçisi -FOTO/VİDEO
Görün, kimləri vəzifəyə gətirib xalqın pullarını göyə sovurublar, taleyimizi kimlərin əlinə veriblər...

Fotodakı şəxs Siyavuş Novruzovun köməkçisi, YAP Gənclər Birliyi İdarə Heyətnin üzvü Həsən Daşdəmirovdur. Əvvəllər iqtidaryönlü qəzetlərin redaksiyalarında corab, mayka, şortik və s. satırdı. Vəziyyəti olduqca pis idi. S.Novruzovun köməkçisi olandan sonra milyonçuya çevrildi.

Qısa araşdırma apardım. Məlum oldu ki, bu adam indi "BMW - X6" markalı (90 MG 210 dövlət qeydiyyat nişanlı) maşın sürür. Yasamalda evləri, Şüvəlanda villası... YAP-ı yeyib dağıdanlardan biridir. O, YAP-ın Ağsu, Şamaxı, İsmayıllı və digər rayonlar üzrə kuratoru kimi illərdir rayon təşkilat sədrlərindən aylıq paketlər alır. Partiyanın gənclər siyasəti ilə bağlı ayırdığı pulları göyə sovurur.

Vaxtilə "Sahil" metrosunun ətrafındakı əksər kafe-restoanları aylıq "tas"a oturtmuşdu. İndi də peşəsini davam etdirir. S.Novruzovun "mürəbbə biznesi"nə bu adam nəzarət edir. Marketləri məcbur edərək öz mürəbbələrini zorla aldırırlar.

Samir FEYRUZOV
/azsiyaset.com/
Teref.az olaraq azsiyaset.com səsləndirdiyi saytının ittihamları ilə bağlı adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru