"Şikaytim mənasız və vətəndaşların ziddinə olan qərarları ilə heç kimin işinə yaramayan Dövlət Gömrük Komitəsindən və İqtisasiyyat Nazirliyindəndir."
27-08-2020, 00:00

Teref.az yazır ki, DGK-nın axırıncı məlum qərarı bir çoxlarının etirazına səbəb oldu. Demək olar ki, DGK-nın rəsmilərindən başqa fikir bildirən hər kəs
bu qərarın manapoliyaya xidmət edəcəyini vurğuladı. Az müddət keçməyinə baxmayaraq istehlakçılarda bunun onların başında sınacaq çanaq olduğunu başa düşdükləri aydınlaşır. Bunu sosial şəbəkələri monitorinq etdikdə bilmək olur. Sosial şəbəkə istifadəçisi Rəhman Abbaszadə yazır:
""Salam, şikayətim təkcə bu markalardan deyil, bu markaların timsalında başda, mənasız və vətəndaşların ziddinə olan qərarları ilə heç kimin işinə yaramayan Dövlət Gömrük Komitəsindən və İqtisasiyyat Nazirliyindəndi.
Bu gömrüyün son əsassız idxal qərarından yəqin ki, hamının xəbəri var. Əsas kimi də o göstərilir ki, guya yerli məhsullara üstünlük verilsin. Bu gördüyünüz 2 məhsul Azərbaycan istehsalıdır, kərənin qiyməti marketlərdə 3.75 AZN südün qiyməti isə 2.99 AZNdir. "


"Bu kərə yağı eyni kateqoriyada olan və qat-qat daha keyfiyyətli olan "Dayaruşka" "anchor" "bestcow" kimi Rusya/Ukrayna istehsalı olan kərələrdən 5 qəpik daha bahadır. Söhbət 5 qəpikdən getmir deyə birşey yoxdur, xaricdən idxal edilməyən və yerli məhsul olan həmçinin dad və keyfiyyətdə çox daha geriyə qalan bu kərənin qiyməti nəyə görə bu qədər bahadır?
Həmçinin azərsüdün qatılaşdırılmış südü də, "KMK squşenka" "ichnaya squşenka" "kulinarka" kimi yenə xarici istehsal olan qatılaşdırılmış südlərdən hər cəhətdən geridə olmasına baxmayaraq onlardan 80-100% daha baha qiymətə satılır.
Təbii ki, bunlar əsassız qiymətlərdir və heç kim özünü ağıllı aparmaq istəyib deməsin ki, tələb-təklif meyarına əsasən qiymətlər tənzimlənir, siz də çox gözəl bilirsiniz ki, Rusya/Ukrayna/Türkiyə məhsullarının yanında yerli məhsullarımıza təlabat çox cuzidir, bunu istənilən marketin statistikasınnan da əldə edə bilərsiz.
Dövlət Gömrük Komitəsi hazırda vəziyyət belə olduğu halda, insanların daha ucuza keyfiyyətli məhsul əldə etmə hüququnu nəyə görə əngəlləyirsiz? Məgər daxili məhsulların qiymət məsələsini görmürsünüz ki, monopolyaya bu cürə şərait yaradırsız?"
Teref.az olaraq bu statusa yazılan bəzi komentariləridə oxuculara tədim edirik:
"Nicat Mammadov
Nicat Mammadov Umumiyyetle Azerbaycanda her hansi gorulen ishe nezaret yoxdursa hech bir keyfiyetden sohbet gede bilmez.Butun saheler beledi. Yol chekilir sonda kimse gelib tehvil alirmi? Mekteb tikilir kimse keyfiyeti ve ya xerci yoxluyur? Kolbasa duzelir gedib bir diyen varki bunun icherisine ne qatirsan? Kimse deye bilerki zavod chorek istehsal edir niye onun icherisi yeniden istifadeye yararli xemir olur? Azersununda mehsulunu kimse terif etmesin. Milletin genetikasini deyishen ele azersun mehsullaridi.
Rəhman AbbaszadəАвтор Murad Shixaliyev yaxşı olmağı bu qədər baha olmağa əsas vermir, nəzərə alın ki, xaricdən mal gətirəndə bunun nəqliyyat xərcləri, gömrük rüsumu, ƏDVsi(ölkəyə daxil olma vergisi satış yox), gətirən firmanın istehsalçıdan əlavə qazancı hamısını toplayanda yenə də yerli firmalardan ucuz olur, yerli firmalarda isə bu 4 böyük xərc olmadığı halda yenə də bahadı niyəsə."
Teref.az olaraq adları çəkilən qurumların mövqeyini dinləməyə hazırıq!
Teref.az