"Qarasu" Əməliyyat Şirkətində baş verən böyük korrupsiya əməlləri - Sənədlər və Faktlar/ Şikayət

19-01-2016, 20:26           
"Qarasu" Əməliyyat Şirkətində baş verən böyük korrupsiya əməlləri - Sənədlər və Faktlar/ Şikayət
teref.az və başqa mətbuat resurslarında "Qarasu" Əməliyyat Şirkətində baş verən ağlasığmaz korrupsiya əməllərindən çox yazmışıq. Lakin görünən odur ki, bu şirkətin "krışa"-sı həddindən artıq güclüdür ki, bu günə qədər bu şirkətdən nə yazılarımıza bir cavab almışıq nə də, aidiyyatlı orqanların bu şirkətdə hansısa yoxlamaları barədə bir xəbər. lakin artıq korrupsiyanerlərin "gül" qoxan vaxtları getdi. İndi ölkə prezidenti ölkəni dağıdan bu faktlara qarşı amansız mübarizə aparacağını bəyan edib. Teref infonun poçtuna Fuad Ağayev tərəfindən göndərilən məktubu diqqətinizə çadırırıq. Şikayətçi yazır:

"Qarasu ƏŞ İstehsalin Təminati şöbəsində işlədiyim dövrdə nəqliyyat sahəsində apardigim araşdirmadan belə məlum olmuşdur ki adi çəkilən struktur bölməsində son 1 ildə vəzifədən sui istifadə dövlət əmlakinin külli miqdarda yeyilməsi hallari mövcüd olmuşdur

Qarasu ƏŞ məxsus bir sira xüsusi texnika ve yungül minik maşınlarıni təmir adi altinda ərazidən çixararaq qisa müddətdə kənar yerdə kuzovu rənglənib podratçi təşkilatlar tərəfindən silinib faktiki təmir xərcindən 10 dəfə artiq qiymətə sənədləşdirlib QƏŞ -ə qaytarilib.Bu işlərə bir başa Nəqiliyyatin Təminati Sexinin Meneceri Arif Alişov və Nəqliyyat sexinin rəisi həmdə Arif Alişovun yaxin qohumu Adil Bəylərov məsgul olub.


teref.azya yazan şikayətçi sonra yazır:
"Kecək Faktlara

Portallarda yayinlanmiş rəsmi sənədlərə istinad etsək Görərik ki 01 Fevral 2014 İldə QƏŞ-ə məxsus quyularin əsasli təmiri üçün nəzərdə tutulmuş KRAZ bazasinda yigilmiş olan AK-60 agregat qurgusu təmir adi ilə ərazidən çixarilmiş.kənar yerdə rənglənmiş və QƏŞ-ı geri qaytarilmişdir

Sənədlər TEXOİL şirkəti tərəfindən (şirkət rəhbəri SAYİLOV ARİF) 110 000(YÜZ ON MİN AZN) dəyərində hesab faktura verilmişdir.Hesadb faktura və sənədlərlə texnikanin baxişini muqayisə etsək sənədin yalan üzərində tərtib olunmasi dərhal aydin olur.Belə ki sənəddə mühərrikin sürətlər qutusunun və qüllənin təzələndiyi göstərilir.Halbuki mühərrik dəyişsəydi mütləq DYP də qeydiyyata salinmali idi.Ən vacib olan isə dəyəri 100min azn təşkil edən bütün əməliyyatlar ARDNŞ ilə razilasdirmali idi.


APREL 2014 ildə QƏŞ məxsus Kraz Markali H011-880 nömrəli su maşini analoji qaydada təmir olunub şirkətə gətilib.Təmir xərci 55000Azn.Əgər texnikanin indiyə təmirə qədər ki amortizasiya xərclərini nəzərə alsaq hazirki dəyəri 5000 azn idi.

Sual olunur nece olur ki bu texnikaya bu qədər pul silinib.Əsasli təmirdən gələn texnika texniki cəhətdən nasaz oldugu üçün işə buraxilmadi.1 ilə yaxin Nəqliyyat sexinin qarajinda qaldi.Texnikanin bu cur vəziyyətini görən Karasu ƏŞ prezidenti İqor Qutuyev maliyyə sənədini imzalamaqdan imtina etmişdir.

3.18T-093 nömrli T130 markali Bakines-- quyularin təmiri üçün nəzərdə tutulan bu texnika Aprel 2014 ildə Arif Alişovun Təkidi ilə qondarma NTS LTD şirkətində guya təmir olunub gəlmişdir.Görülən işlərin aktina nəzər saldiqda qiymətlərin şişirdildiyini korrupsiyanin izləri açıq aydın göruruk.

Belə ki 17 sirada nasosun qiymeti 200azn oldugu halda 3000AZN , adi tormoz qaykasina 2700 AZN analoqu olmayan qiymət Visqa hissəsinə isə 4500 Azn Texnikaya məx səxsən baxiş kecirən zaman qullə heç bir əsasli təmir olmamişdir sadəcə rənglənmişdir.Texnikaya əsasli təmir adi altinda 60000AZN pul silmişlər. Bu hələ görünən aysberqin kiçik hissəsidir.Əgər yoxlasalar bu adamlar milyonları dağıdıb yeyiblər və ölkənin bu ağır vaxtında onların yedikləri milyonlar büdcəyə qaytarılacaq!

Fuad Agayev
Bizdə teref.az olaraq bu ürəkdən gələn arzuya inanırıq. Əfsuslar olsun ki, şirkətdən bizə cavab verə biləcək bir adam tapılmadı.
Lakin teref.az olaraq yazıda adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.