Baktelekom və NRYTN-nə sual: "Qardas, mən Bakida qala qala evime telefon və internet xətti niyə cəkdirə bilmirəm ?"

30-08-2020, 00:05           
Baktelekom və NRYTN-nə sual:
Teref.az xəbər verir ki, Sabunçu rayonu, Südçüluk Ramana ərasizində yaşayan Emin Əmrahov Baktelekom və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən şikayət edir. Emin Əmrahov şikayətində yazır:
Sabunçu rayonu, Südçüluk Ramana ərasizində yaşayıram.Keçən il Baktelecom yeni LTE simsiz internet xidmeti istifadə verdiyni elan etdi. Bəh-bəhlə İsmayıllıda , Lahıc da ustalarının şəklini paylaşdılar ki bəs xidmətə qoşuldular. Mən sevindim tez pulumu götürüb getdim ki, qoşulum mənim də internetim olsun. Ərizə yazdım ödənişi edim deyəndə dedilər ödənişi ustaya edin , 2 gün keçdi mən işdə olanda ustalar gəldilər (210 AZN(aparat) + 30 AZN(telefon) + 15 AZN( internetin ayligi) + 2.7 AZN ( telefonun ayligi) = 257.7 AZN. )
Ustalar ev telefonsuz çəkliş üçün 420 AZN pul tələb etdilər və getdilər. Mən yığdım Bakıtelekomu və olanlari başa saldım üstündən usta geri zəng edir mənə ( sifət edərək) mən o pulu istəməmişəm təqribi xərc demişəm tipli hekayə uydurur. Gəlin çəkin deyəndə gözləyin orda antena qurulur bitsin gəlib çəkək. evə gəlirəm ki, 2 qonşu həmin xidmətdən istifadə edir. Gedirəm yenidən ATS ə ( Sabunçu rayon telefon qovşağına) vəziyyəti başa salıram mənə set tutmur bəhanəsini yenidən uydururlar. Antenanın qurulmasını gözləməyimi deyirlər. Mən əsgərliyə gedirəm deye bu məsələ 1 il belə qalır. İyul ayının 6 sı pulu alıb əlimə gedirəm ki, 1 il keçib antena qurular axır ki xidmətə qoşulum. "ATS dən aparat bitib nömrənizi qoyun gələndə zəng edərik " deyib yola salırlar. artiq sentyabr ayi qapını döyüb hələ ATS dən zəng gəlməyib. Avqust ayında olduğum küçəyə telefon çəklişi başlayır və indidən haray salırlar ki 150 AZN rüsumudu. Sonra Həmin Sabunçu ATS rəhbəri gəlir və çəklişə icazə vermir( səbəb ortalıqda gəzən söhbət pulu bölə bilməyiblər) iş yarımçıq qalir.
Girirəm Baktelekom telefon xətti çəklişi üzrə online muracieti doldururam 1 ay kecib cavab gəlməyib. Bezirem yigiram Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vəziyyəti bildirirəm nomrəmi gotururlər 1 həftədi ordan da xəbər yoxdu. Qardas men Bakida qala qala evime telefon və internet xətti niyə cəkdirə bilmirəm ?
Nə etməmi istəyirsiz əlimə kanistr götürüm gəlim Nazirliyin qarşısına sonra baxasız məsələyə?
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq
Teef.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.