BEYLƏQAN RİH BAŞÇISI İLƏ "İSPİK" MMC RƏHBƏRLİYİ ARASINDA DAVA-

19-01-2016, 23:29           
BEYLƏQAN RİH BAŞÇISI İLƏ "İSPİK" MMC RƏHBƏRLİYİ ARASINDA DAVA-
Beyləqan RİH başçısının tender fırıldağı üzə çıxdı…
Vaqif Abdullayev Beyləqan Mərkəzi Futbol Meydançasının tikintisinə ayrılan vəsaitin tenderə girilmədən xərclənməsini necə edib?
…2009-cu ildən Beyləqandakı mərkəzi futbol meydançası ətrafında qalmaqal hələ də davam edir… Söhbət RİH başçısı Vaqif Abdullayevin adı çəkilən futbol meydançasının inşasını həyata keçirən "İSPİK" MMC tikinti şirkəti ilə aralarında, necə deyərlər, dədə-baba üsulu ilə apardığı razılaşmanın artıq məhkəmə müstəvisinə çıxmasından gedir… Belə ki, RİH başçısı Vaqif Abdullayev aşağıda məzmunu geniş bəhs ediləcək tikinti işinə girişir. Və tikinti şirkətinin rəhbərini yanına çağırıb «centlemen» sazişi bağlayır, 600 min manatdan çox məbləğə razılaşırlar… Stadion vaxtında istifadəyə verilir, hətta Prezident İlham Əliyev açılışında iştirak edir... Lakin iş başa çatandan sonra V.Abdullayev şifahi razılığl pozur, Abdullayev pulun hamısını (400 min manat nəğd verilir) verməkdən imtina edir... RİH başçısı bunun səbəbini guya işin keyfiyyətsiz görülməsi və tikintinin tam başa çatdırılmamasında göstərir... Kiməsə arxalanan V.Abdullayev şirkət rəhbərinə «Əkil burdan!» komandası verir…. Sonra hüquqlarını müdafiə etmək istəyən "İSPİK" MMC tikinti şirkətinin rəhbəri Qabil Mülariz oğlu Mustafayev aidiyyəti dövlət qurumlarına şikayət edir. Bundan sonra isə V.Abdullayev guya işgüzar nüfuzuna ciddi xələl vurulması iddiası ilə şirkətin hüquqi ünvanı olan Suraxanı rayon Məhkəməsinə iddia ərizəsi təqdim edir…
BEYLƏQAN RİH BAŞÇISI İLƏ "İSPİK" MMC RƏHBƏRLİYİ ARASINDA DAVA-YENİLƏNİR
Nəhayət, hakim məhkəmə prosesində şəxsən iştirak edən RİH başçısı V.Abdullayevə sual edir ki, yaxşı, bu qədər məbləğ tenderdən keçməyibsə, siz hansı işgüzar nüfuzdan danışırsınız?
Hakimn bu məntiqli və ağıllı sualından sonra Beyləqan RİH başçısı V.Abdullayev iddia ərizəsindən imtina etməlii olub, amma…
Daha geniş yazı hazırda çapa hazırlanır. Bizi izləyin.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.