MAKRONLA LAVROV-KƏLƏNTƏR(YAN) YALAN PÜSKÜRÜR - ABŞ təkzib edir

2-10-2020, 07:41           
MAKRONLA LAVROV-KƏLƏNTƏR(YAN) YALAN PÜSKÜRÜR -
Rusiya KİV-nin yazdığına görə, oktyabrın 1-də Avroittifaqın sammitində iştirak etmək üçün Brüsselə gələn Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Türkiyə üzərindən Dağlıq Qarabağa gətirilmiş silahlılar döyüş əməliyyatlarında ştirak edirlər və bu fakt Avropa İttifaqının reaksiyasına «möhtacdır».

«Bizim əlimizdə dəqiq informasiyalar var ki, suriyalı döyüşçülər Qarabağdakı döyüş əməliyyatlarına qatılmaq üçün Qaziantepdəki düşərgəni tərk ediblər. Bu, çox ciddi məsələdir. Yaxın saatlarda biz, bunu sammitdə müzakiə edəcəyik» - deyə, Makron YALAN DANIŞIB.

Bununla «sinxron» olaraq, Rusiya Xarici İşlər Nazirliyi də eyni yalanı təkrarlayıb. Məsələ ilə bağlı Rusiya XİN-in şərhində deyilir: «Daxil olan məluatlara görə, Dağlıq Qarabağ münaqişə zonasına döyüşlərdə bilavasitə iştirak etmək məqsədilə qeyri-qanuni silahlı birləşmələrin (xüsusilə Suriyadan, Liviyadan) yeridilməsi həyata keçirilir».

Lavrov-Kələtər(yan) da Makron qardaşı kimi, bundan narahatlıq keçirdiyini gizlətməyib: «Bu proseslərdən dərin narahatlıq keçiririk. Bu, təkcə münaqişə zonasında gərginliyin daha da armasına səbəb olmur, həm də bölgənin bütün ölkələrinin təhlükəsizliyinə uzunmüddətli təhdid yaradır».



Qeyd etmək istərdim ki, adı çəkilən dövlətlərin (Fransa və Rusiya) hər ikisi ATƏT-in Minsk Qrupunun həmsədridir və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində vasitəçi mandatına sahibdir. Otuz ilə yaxındır ki, tərəfləri «barışdırmaq» istiqamətində vasitəçilik missiyasını yerinə yetirmək əvəzinə, birtərəfli qaydada təcavüzkarı (Ermənistanı) dəstəkləyən, əl altından onu silahlandıran, beynəlxaq aləmdə Ermənistana hər cür dəstək verən bu riyakarlar, indi Azəbaycanın ortaya qoyduğu qətiyyəti həzm edə bilmir, erməni qardaşlarını Azəbaycan əsgərinin əlindən almaq istiqamətində minbir yalan-palan uydurmaqdan çəkinmirlər. Beləlikdə, öz davranışı ilə Fransa prezidenti Makron rəzil erməninin murdar dostu olduğunu, Kələntər(yan) isə «damarlarında təmiz erməni qanı» axdığını növbəti dəfə ortaya qoymuş olur. Bu, məsələnin bir tərəfi…

Məsələnin digər tərəfi də xeyli «ruscadır». Hamının bildiyi və beynəlxalq birliyin qəbul etdiyi kimi, Dağlıq Qarabağ Azəbaycanın bir hissəidir. Belədə, məntiqi sual yaranır: Erməni əsgərinin özgə torpağında - Qarabağda nə işi var? Əslində, Qarabağda Azərbaycan ordusuna qarşı döyüşən silahlı ermənilər bu əraziyə gəlmədilər. Bəs, bölgəyə (Qarabağa) əcnəbi silahlıların gəlməsi Makronu, Kələntər(yanı)i belə narahat edirsə, o zaman onlar Azrbaycan ərazisində erməni döyüşçülərin meydan sulamasına hansı mülahizə ilə göz yumurlar?! Heç bu da hamısı deyil. Son günlər yayılan xəbərlərdə o da bildirilir ki, Azəbaycanla bu savaşda canlı qüvvə qıtlığı yaşayan Ermənistan rəhbərliyi Qarabağa İraqdan, Suriyadan PKK döyüşçüləri, PKK-nın qanadı olan PYD silahlılarını yerləşdirməklə məşğuldur. Bəs, Makron, Lavrov və digər erməni dostları bundan niyə danışmırlar?!

Bir atalar məsəlində deyildiyi kimi, «yalan ayaq tutar, amma yeriməz». Başqa birində isə belə deyilir: «Yalançının şahidi böyründə olar». İş elə gətirib ki, Makron və Kələntər(yanın)in yalanını Azərbayandan əvvəl Amerika Birləşmiş Ştatları ifşa etdi. Belə ki, Cənubi Qafqazla məşğul olan iki amerikalı məmur «Turan» agentliyinin Vaşinqtondakı müxbirində anonimlik şərti ilə bildirib ki, Suriya üsyançılarının Dağlıq Qarabağa yerləşdirilməsini təsdiqləyən heç bir informasiya və ya kəşfiyyat materialı mövcud deyil. Bax, belə…

Bütün bunlardan sonra utanmadan yalan söyləyən makronkimilərə demək istəyirəm: Avropa İttifaqının sammitində Aərbaycana böhtan atıb, aranı qarışdırmaq əvəzinə, yaxşı olar ki, nə üçün 30 ildə tərəfsiz vasitəçilik etmədikləri, Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həlli üçün heç bir iş görmədikləri barədə «hesabat» verəydi…AzPolitika/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.