İcra başçısı şəhidin dəfninə niyə qatılmayıb?

23-11-2020, 22:59           
İcra başçısı şəhidin dəfninə niyə qatılmayıb?
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov II Qarabağ müharibəsində şəhid olan Şahin Tahirlinin dəfn mərasiminə qatılmayıb.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə şəhidin qohumu jurnalist Elşad Paşasoy məlumat verib.

“Dünən yazmışdım, iki həftəlik axtarışlardan sonra xalam oğlu Tahirli Şahin Afət oğlunun şəhid oluğu təsdiqləndi. Atası, dayıları şəhidimizin nəşini Füzulidəki Diaqnostikadan aparıblar ki, doğulduğu kənddə dəfn etsinlər. Lerik rayonunun icra başçısı xəbər yollayıb ki, bəs, indi gecdir, saxlayın Masallı məscidində, səhər “yüksək səviyyədə dəfn edərik”. Atası Afət bəy razılaşmayıb ki, oğlumu evimdə saxlayacağam. Gecə saat 9 radələrindən şəhidimizin nəşi evdə saxlanılıb, bu gün saat 11 radələrində torpağa tapşırılıb. İcra başçısı isə dəfn mərasiminə qatılmayıb, müavinini göndərib. Dərdli Ata deyir ki, məni oğlumun şəhid olmağı yandırmadı, biganəlik yandırdı… Prezidentin şəhidlərə, şəhid ailələrinə, qazilərimizə münasibətini, yüksək dəyər verməsini görmürmü həmin başçı?!” – E.Paşasoy bildirib.

İcra hakimiyyəti ilə əlaqə saxlasaq da, zənglərə cavab verən olmayıb. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.