Vidadi İsayevə görə Prezidentə çağırış – Bərdə sakinləri icra başçısının zülmündən cana doyub - foto

21-01-2021, 17:07           
Vidadi İsayevə görə Prezidentə çağırış – Bərdə sakinləri icra başçısının zülmündən cana doyub - foto
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev qanunsuz əməlləri o həddə çatıb ki. artıq vətəndaşlar bu barədə Prezident İlham Əliyevin rəsmi “Facebeook” səhifəsinə yazırlar.ANAXEBER.info xəbər verir ki, dünən ölkə başçısı “Facebook” səhifəsində korrupsiyaya qarşı mübarizə tədbirlərinə eyham edərək yazıb: “Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var”.
Facebook istifadəçilərindən biri isə Prezidentin bu paylaşımına reaksiya verərək onun diqqətini Bərdəyə çəkib.
“Bərdəliləri sevindirin! Bunu çoxdan gözləyirik”, - Əntiqə Muradova adlı istifadəçi yazıb. Vidadi İsayev 11 ildir ki, Bərdənin icra başçısı vəzifəsində çalışır. Bundan əvvəl isə Tərtərə rəhbərlik edib. Vidadi İsayev Tərtərdən Bərdəyə “köç edəndə” tərtərliləri buna çox sevinirdi. Az sonra bərdəlilər bu sevincin səbəbini anladılar. O rayona rəhbərlik etməyə başlar-başlamaz sakinlər çoxsaylı qanunsuzluqlarla üzləşdilər. Vidadi İsayevin əməlləri barədə mediada çox yazılıb. Dövlət Təhlükəsizlik Xidməti (DTX) anti-korrupsiya əməliyyatlarına başlayanda hər dəfə növbəti ünvan kimi Bərdə Rayon İcra Hakimiyyəti göstərilirdi. Icra başçısı hətta 44 günlük Vətən Müharibəsi dövründə medianın “ulduzu” olub. Müharibənin artıq ilk ongünlüyündə Vidadi İsayevin əsgər paylarını mənimsəməsi barədə məlumatlar yayılmağa başladı. Bildirilirdi ki, Azərbaycan Ordusuna dəstək kampaniyası təşkil edən vətəndaşlar toplanılan yardımların icra başçısı Vidadi İsayev tərəfindən mənimsənildiyini iddia edirlər. Vətəndaşların sözlərinə görə, minlərlə insanın ön cəbhəyə göndərdiyi yardım paylarının Bərdə Rayon İcra Hakimiyyəti rəsmiləri tərəfindən hərbiçilərə çatdırılacığı vəd edilsə də, ancaq həmin yardımların bir hissəsinin ünvanına tam çatdırılmadığı məlum olub. Vətəndaşlar sözügedən məsələnin araşdırılması üçün Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Hətta Bərdə Ağsaqqallar Şurasının Təftiş Komissiyasının sədri Bəhrəm Nərimanov da açıqlamasında Vidadi İsayevin əsgər malını oğurlamasına inandığını bildirib: "Onun pis əməlləri təkcə bununla bitmir. Vidadi İsayev Bərdəyə icra başçısı təyin olunandan sonra rayonu viran qoyub, bunu bütün ölkə bilir. Axı siz niyə təkcə Vidadi İsayevin əsgər yardımını mənimsəməsi məsələsinin arxasına düşürsünüz? Bu, xırda məsələdir. Vidadi İsayev Bərdənin tarixini xalqımıza unutduran adamdır. Tariximizi itirtmək ən böyük şərəfsizlikdir. Vidadi İsayev Bərdənin tarixi silməklə məşğul olur. O, Bərdədə 20 Yanvar Şəhidlərinin yerini dolduraraq öz qaynına mağaza yeri kimi verib. Bu gün ermənilər buna görə üzərimizə gəlir. Vidadi İsayev vətənpərvər məmur deyil, o, oğrudur. Mən onun əsgər payını oğurlamasına inanıram. Vidadi İsayev lap gedib ordumuzun içərisindən də oğurluq edər". Daha sonra Vidadi İsayevin Bərdə şəhidlərinin məzarını düzəltməkdən yayınmaqla gündəmə gəldi. Atdınca isə şəhid dəfnində törətdiyi rəzalətlə medianın diqqətini cəlb etdi. Həmin vaxt yayılan məlumatda deyilirdi ki, Vidadi İsayev Bərdənin Alpout kəndində Şəhid Əhmədov Cavanşir Elxan oğlunun dəfn mərasimində qalmaqala səbəb olub. Şəhidin yaxınları onun dəfn etmək istəyərkən Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri icra başçısının hələ gəlmədiyini deyərək buna mane olublar. Mərasim iştirakçıları Vidadi İsayevi gözləmək məcburiyyətində qalıblar. Nəhayət, icra başçısı gəlib. İddialara görə, şəhidin yaxınları Vidadi İsayevə kəskin şəkildə iradlarını bildiriblər. Məlumatda qeyd edilirdi ki, hətta onlardan birinin icra başçısından şəhidin nəşi qarşısında diz çökməyi tələb edib.
ANAXEBER.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.