Xanım elmlər doktoru Baş Prokurora müraciət etdi: "Yaşadığım binaya bitişik tikilmiş restoranın sökülməsinə 7 iş günü verilsədə Qərib Məmmədov dövlət, qanun tanımır ..."

27-01-2021, 18:43           
Xanım elmlər doktoru Baş Prokurora müraciət etdi:
Baş prokurara ünvanlanmış, surəti Teref.az-ın poçtuna daxil olan şikayət məktubunu təqdim edirik:
AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORU CƏNAB KAMRAN ƏLİYEVƏ

ŞİKAYƏT ƏRİZƏSİ

Hörmətli AR baş prokuroru, mən 24 ildir Nizami ra¬yo¬nun¬da R.Rüstəmov küçəsində yaşayıram. Hal-hazırda bu ünvanda həyatım təhlükədədir. Həm də tək mənim deyil, 100-lə sadə, kasıb vətəndaşın həyatı təhlükədədir.
Konkret olaraq 2-ci blokunda yaşadığım binanın 1-ci blokunda 2 otaqlı mənzili qanunsuz şəkildə - bəzi rüşvətxor məmurların icazəsi ilə Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinəkeçirilməsi adı ilə bəlkə 10 otaqlı mənzil həcmində artırmaqla Restoran tikilmişdir. Hələ üstəlik küçə də zəbt edilərək açıq restoran tikiilmişdir.
Restoranların fəaliyyət istiqaməti bəllidir: Gur musiqi, yüksək səy-küy və s.və i.a.
Məhz bu kimi səbəblər nəzərə alınmaqla AR MƏNZİL MƏCƏLLƏSİNİN III fəsilin 20.2. maddəsi buna yol vermir. Siz qanunları dərindən bildiyiniz üçün mən bu qanunun təsvirini verməklə vaxtınızı almaq istəmirəm.
Ancaq qısaca bildirirəm ki, həmin Restoran tikilərkən AR MƏNZİL MƏCƏLLƏSİNİN III fəslinin 20.2. maddəsi bütünlüklə taptalanmışdır. Xüsusilə qeyd edim ki, AR Mənzil Məcəlləsi yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsi mövcud mənzilin sahəsini nəzərdə tutursa bu nəhəng artırmanın tamamilə əsası yoxdur. Üstəlik Qaz, işıq, su və s.xətlər bu binanın 2 saylı mənzilinə aiddir. Əgər kommunal ödəniş tariflərinin vətəndaşlarla, obyektlər üçün eyni olmadığı nəzərə alınsa daha bir ciddi qanun pozuntusu və yeyinti faktı üzə çıxır.
Bundan başqa, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 12-ci- Tikintidə təhlükəsizlik fəslinin 76.1.; 76.2. maddələrinə zidd gedərək Nizami rayon icra hakimiyyəti tikintiyə icazə ilə bağlı icraat barədə yaxın qonşulara və qonşulara - o cümlədən “qonşular” qismində mənə məlumat verməyib. Bu qanuni tələblərə əsaslanaraq mən maraqlı şəxs olaraq özüm müraciət etdiyim halda məni dinləməli və yazılı şəkildə məlumat verməyə borclu olduğu halda faktdır ki, o zaman müavin vəzifəsində işləyən Qərib Məmmədov məni təhqir etmişdir.
Bu məsələ ilə bağlı AR Mənzil Məcəlləsinin digər bir (14.2)“Yaşayış sahəsinin təyinatı və ondan istifadə etmək hüdudları” maddəsində göstərilir ki, “Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə o şərtlə yol verilir ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın”.
Ancaq adından da bəlli olduğu kimi Restoran sözsüz ki, digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozan sahədir.
Şəhərsalma və Tikinti Məcəllənin 68-ci (Tikinti fəaliyyətinin ətraf mühitin mühafizəsi tələblərinə uyğun həyata keçirilməsi) maddəsi də yaşayış binasının fundamentinə bitişik tikilmiş bu Restoranın qanuna uyğun olmadığını təsdiqləyir.
Bu restoran “sahibi” Qanuna zidd gedərək qanunsuz tikilisi az imiş kimi yol kənarındakı ağacları kəsib, əhalinin geniş istifadə etdiyi küçəni belə zəbt edib daş döşəyərək açıqda da fəaliyyət sahəsi yaradıb.
Bu restoranın vintellasiyasının qurğuları heç vaxt yenilənməmiş 1964-cü il tikilisi binaya qoşulması da əsl təhlükə mənbəyidir. İkicisi, 24 ildir bu binada yaşayıram və məsuliyyətlə deyirəm ki, binanın Qaz, işıq, su, havalanma, kanalizasiya və s. xətləri qətiyyən yenilənməyib. Bəs belə bir “amanabənd” binanın təhlükə mənbəyi fundamentinə restoran statusunda böyüklükdə həm də iki dəfə artırma tikmək olar?!
2018-ci ildə yaradılmış Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020-ci il 12 dekabr tarixində mənim şikayətim əsasında bu qanunsuz tikiliyə baxış keçirmiş Nizami rayon İH-nin əməkdaşları ilə birlikdə AKT tərtib olunmuş, Qərib Məmmədova və FHN-nin Agentlik rəisi cənab Cəbrayil Xanlarova restoranın sökülməsi ilə bağlı 7 iş günü vaxt verilmişdir. LAKİN REALLIQ BUDUR Kİ, icra başçısı vəzifələrini icra edən Qərib Məmmədov DÖVLƏTİN SƏLAHİYYƏTLİ QURUMUNUN AKTINI VƏ MƏKTUBUNU SAYA SALMIR. Hətta İH-nin əlaqədar şöbəsinin əməkdaşı mənə deyir ki, “biz onları tanımırıq, biz Bakı Şəhər İcra Hakimiyyəti ilə “işləyirik!..”.
CƏNAB BAŞ PROKUROR, O ZAMAN NİYƏ YARADILIB BU QURUM?!
Bundan başqa, 2019-cu il Nizami rayonunun məhz bizim binanın arxa küçəsi, yəni bu restoranın fasad küçəsi olan Q. Qarayev prospektində “Diqlas” və başqa obyektlərdə yanğın hadisələri baş verib. Əsas Səbəb kimi də naqillərdə olan qısaqapanma göstərilib. Naqillərin gücü ona görə çatmır ki Nizami rayonunda 3-5 kv.metrlik belə bir boş yer qalmayıb və əsas məsələ İŞIQ naqillərinin artıq bu saysız qoşulmalardan yaranan gərinliyə tab etməməsidir. “Diqlas” yandıqda ətrafdakı obyektlər də külə dönəndə hamı şükür etdi ki, ziyan mala dəyib, ölən olmayıb!. Bu qanunsuz restoranda partlayış olsa, bunu deyə biləcəklər?!
Cənab baş prokuror, istər Q. Məmmədov, istərsə də onun “işlədiyi” məmurlar üçün kasıb təbəqənin həyatı maraqlı deyil. Belə olmasaydı onlarla şikayət ərizəmə diqqət ayırılar və bu ölüm saçan qanunsuz tikili verilmiş əmrə uyğun olaraq dərhal, -7 iş günü ərzində Sökülərdi!
Yeri gəlmişkən xüsusilə qeyd edim ki, BŞİH-tinin Ərazi idarəetmə şöbəsi də mənim DTX-nə ünvanlanmış Şikayət Ərizəm onlara nəzarət qaydasında göndərildikdən sonra HƏMİN RESTORANA baxış keçirib, əsas məsələ, orda hətta elementar Yanğından mühafizə Balonu olmadığını aşkar edib, Aktlaşdırıblar. Amma Qərib Məmmədov 2019-cu il Rayon müşavirəsində məlumat yaymışdı ki,bütün obyektlərdə hər şey qaydasındadır. Bəs hanı, mənim şikayətlərimdən sonra restorana yanğından təhlükəsizlik balonu qoyulub. Restoranın qarşısında yeməklərin reklamı vurulub. Deyirlər, yazırlar ki, Qaz borusu müəyyən etmədik. Bu boyda yalan olar?! Zəhmət çəkib 2 SAYLI MƏNZİLƏ baxsınlar.
Beləcə, məmurlar mənim şikayətlərimi əllərində fakt edib “qaz vurub qazan dolduranda” bu restoranda “qaz borusu yoxdur” yazıb rahat nəfəs alırlar. Guya yalnız elektrikdən istifadə olunur. Yaxşı bəs bura elektrik haradan çəkilib ? Sayğacı haradadır? Sözsüz ki, 2 saylı mənzildə. Ölkənin bütün müəssisələri mənzillərdən fərqli elektriki iki-üç qat artıq ödəyirlər, amma bu XÜSUSİ RESTORAN mənzil qiymətinə?! Həmçinin ərazinin işıq nəzarətçisinə rayon İH bu restorana sayğac qoyulmasını tapşırıb o da qoyub. Deməli növbəti qanunsuzluq. Sayğac görünməsə də küçənin ortasında ağaca, restoranın alçak hasarına ilişmiş, əsl təhlükə mənbəyi olan elektrik kabelləri də bunu təsdiq edir. Deməli növbəti qanunsuzluq. Bu kustar formada olan kabellərdə təbii Partlayış da, təxribat da asanlıqla ola bilər.
Qərib Məmmədov bu restoran üçün hələ köhnə tikili deyir. Xeyir, iki hissədən ibarətdir bu qanunsuz restoran. 1-ci hissəsi 2015-də, 2-ci hissəsi keçən il yayda, bu rayonda adət üzrə gecə vaxtı tikilib. Qanunsuzluğun, cinayətin köhnəsi, təzəsi olur?!
Bu restoranın digər ciddi təhlükə tərəfləri vardır !..
Məsələn, təxribat ola bilər. Təsadüfi deyil ki, AR Dövlət Təhlükəsizliyi Xidməti, AR DİN “Ermənistan xüsusi xidmət orqanlarının Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətində” olduqları barədə məlumatlar yaymışlar.Bəs başda Qərib Məmmədov olmaqla əlaqədar səlahiyyət sahiblərinin vicdan hissləri necə yol verir ki, özləri imarətlərdə və xüsusi mühafizə sistemi altında rahat yaşayırlar, amma onların haram qazanclarının ucbatından 100-lərlə insanın həyatı təhlükədədir.
Cənab baş prokuror, onu da qeyd edim ki, mən bu şikayətlərimə görə təhdid altındayam. Məsələn, mən AR Dövlət Təhlükəsizliyi Xidmətinin, AR DİN-nin təxribat təhlükəsiylə bağlı məlumatlarından sonra Bakı Şəhər İcra Hakimiyyətinə, AR Dövlət Təhlükəsizliyi Xidmətinə, AR DİN-ə, FHN-nə və s. şikayət ərizələri göndərərək mənzilimdə yaşamağa qorxduğumu bildirir və burdan köçmək üçün 4 bloklu binanın o başında olan 6 metrəlik dəmir qarajımın daşla tikilməsinə icazə verilməsini xahiş edirəm. Oktyabr ayında Rayon İcra Hakimiyyətinin əməkdaşı V.Sadıqov mənə zəng edib dedi ki, “BŞİH ərizənizi bizə nəzarət qaydasında göndərib və Qərib müəllim Sizi qəbula çağırır, durun gəlin. 1 dəfə ki, bu restoranın tikintisinə etirazımla bağlı getdiyimdə onun necə bir “məmur” olduğunu görmüşdüm, GETMƏK İSTƏMİRDİM. V.Sadıqov məni inandırdı ki, yaxşı olacaq, gəlin.
Pandemiyaya görə AR NK Qəbulları dayandırıb, amma budur Q. Məmmədov vətəndaşı qəbuluna çağırır. Getdiyimdə o karatin qaydalarına zidd şəkildə, yəni 2 metrlik kabinetində özü, V. Sadıqov, taımadığım şəxslə birlikdə 4 adam oturmuş olduq. Əsas məsələ bu dəfə də o məni ŞİKAYƏT ƏRİZƏMƏ GÖRƏ TƏHQİR ETDİ, İKİ OVCUNU 1-1-NƏ YAXINLAŞDIRIB “BU BOYDA QARAJIN VAR DA, GÖR NƏLƏR YAZMISAN” – DEYİB ALÇALTDI, HƏLƏ MƏNİ HƏYATI MƏZMUNDA TƏHDİD ETDİ.
Cənab baş prokuror, görünür ki, onun ÖZ ŞƏXSİ qarajı iki ovcunu 1-1-nə yaxınlaşdıranda alınan “cırtdan” həcmdə deyil, yəni, mənim qarajımdan qat-qat böyükdür! Necə olur, ƏLAQƏDAR QURUMLAR ona və digər məmurlara iri-iri daş qarajlar tikməyə icazə verir, amma mənə - 24 il ərazidə yaşayan bir sakinə - alimə 6 metr qarajın daşla əvəz olunmasına İCAZƏ VERMİRLƏR?! Elə biri mənim qarajımın lap 1 addımlığında daşla tikilmiş iri dəmir qaraj?! Qanun icazə vermirsə Qərib Məmmədov niyə icazə verib?! Niyə on dəfələrlə Zeynal Nağdəliyevə, Eldar Əzizova bunu yazsam da Saymırlar, deməli onlar üçün də Qanun əsas deyil. Yeni Qurum – yenidir axı, NİYƏ Sökülməsi üçün AKTLAŞDIRIB məhkəməyə vermir?! Çünki Qanun, vətəndaş, şikayəyt yox, onlar üçün öz maraqları var!
TƏHDİDƏ QAYIDIRAM! Bakı Şəhər İH Ərazi Planlaşdırma şöbəsinin sektor müdiri Məmməd Qasımov 27.10.2020-ci il tarixdə axşam saatlarında mənə zəng edib şikayətim əsasında əraziyə baxış keçirmək adı ilə gəldi və o da məni SUSMAĞIM ÜÇÜN açıq surətdə təhdid etdi. Konkret olaraq M.Qasımov mənə dedi ki, o restoranın, onun sahibinin adını çəkərəmsə mənim üçün yaxşı olmayacaq. Məsələ burasındadır ki, Məmməd Qasımov bütün davranışları və danışığı ilə məndə böyük şübhə hissləri doğurub. Belə ki, o, yaxın keçmişdə cinayətkar qrup halında insanlara zərər vermiş,zülm etmiş MTN əməkdaşlarından heç nədə fərqlənmirdi. Onlar da ifşa olunana qədər M.Qasımov kimi hörmətli məmurlar idilər. Mən 3 aydı yüksək məmurlara yazıram ki, bir bu Məmməd Qasımovdan soruşun: 1. Sənin şöbə müdirin vətəndaşa 1 neçə məktub göndərib ki, “Sizin qaldırdığınız məsələ bizim səlahiyyətimizdə deyil. Bu işlər ölkə rəhbərinin müvafiq Sərəncamı ilə 2018-ci ildə yaradılmış AR Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətinə verilib”-- Sən belə olduğu halda niyə vətəndaşı axşam qaranlıq düşən bir vaxtda “şirin dillə” ümid verib evindən çıxarmısan?! Gəldiyində də şöbə müdirinin yazanları təsdiq edirsən, hələ üstəlik qanunsuz tikilinin qarşısından uşaq kimi qaçırsan, hələ bir yaşlı qadın sakini təhdid edirsən ki, o restoranın, sahibinin adını çəkməyəcəksən!
Cənab baş prokuror! Xahiş edirəm məsələnin şübhə tərəfinin müəyyən olunması üçün bu ştrixə də diqqət yetirəsiz. Beləki şikayət ərizələrim əsasında elə BŞİH-ndə Coşqun Cəbrayılovun rəisi olduğu idarənin əməkdaşları da obyektə baxış keçirməyə gəliblər. Heç məni çağırmayıblar. AKT tərtib ediblər. Mənə C.Cəbrayılovun imzası ilə məktiub gəldikdə bunu bilmişəm. Sonra şikayətim əsasında AR Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları gəliblər, onlar da rayon İH əməkdaşları ilə birlikdə baxış keçirib qanunsuz tikilinin 7 iş günü müddətində sökülməsi ilə bağlı AKT tərtib ediblər, bunu da mənə Qurumdan məktub gəldikdə bilmişəm. Daha sonra Bakı Baş Polis İdarəsindən, Ekologiya Nazirliyindən gəliblər, mənsiz baxış keçiriblər. Yenə ünvanıma məktub gəldikdə bunu bilmişəm.
AMMA Məmməd Qasımov tək gəlmişdi. Müəmmalı şəkildə məsələ onların icraatından çıxdıqdan sonra gəlmişdi. Gələrkən mənə dəmir qarajımı daşla tikilməsinə icazə verilməsi üçün baxışa gəldiyini demişdi. AMMA üzbəsurət tamam başqa adam oldu. Təsadüfən yaxınlıqda yaşayan bacım rastlaşmasaydı bəlkə də M.Qasimov başıma qara torba salıb aparacaqdı. Mən sonra onun mənə adını çəkməyəcəksiz dediyi şəxsin restoranın icraçısı olduğunu öyrəndim. Əslində sadə qadın sənətçidir. İnternetdən haqqında məlumat öyrənmək istədikdə elə informasiyalarla rastlaşdım ki, məntiqlə ona görə kimisə təhdid etmək gülüncdür. Digər tərəfdən o sənətçidirsə, mən aliməm. Ulu Öndərimiz Heydər Əliyevə həsr olunmuş 2 monoqrafiya daxil olmaqla 7 tədqiqat əsə¬ri¬nin, ümumilikdə 15 kitabın, 200-dən çox məqalənin müəllifiyəm. 35 illik biblioqrafiyamı təqdim etsəm, elmi nailiyyətlərimi sadalasam çox vaxt alaram. Ona görə mən qanunsuzluğun heç də icraçı ilə bağlı olduğuna inanmadım və intetnet üzərində bir az ətraflı araşdırma apardım və təəssüf ki, Qərib Məmmədovları, Məmməd Qasımovları məni təhdid etməyə vadar edə biləcək, onları təvişə sala biləcək detallarla qarşılaşdım.
Diqqətinizə bir məsələni də çatdırmaq istəyirəm. Belə ki, Qanun yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsi hallarında kompensasiya verilməsini nəzərdə tutur. Mən 5-6 il müddətində özümə və mənzilimdə qeydiyyatda olanlara kompensasiya verilməsi üçün müraciət etməmişəm. Ümumiyyətlə AR DİN və AR DTX-nin məlum təhlükəsizlik məlumatlarına kimi heç qətiyyən bu qanunsuz obyekt haqqında düşünməmişəm. Tikilməyə başlayanda getmişəm Qərib Məmmədova demişəm ki, “mənim bacıma 1-2 metrə artırma icazəsi vermirsiz, bu nədi o boyda artırma tikilir”?! O da təbiətinə, xislətinə uyğun tərzdə mənə bağırıb ki, GÜDÜRSÜZ BİZİ! Nə güdmək?! 2-ci blokunda yaşadığım binanın 1-ci blokunda vur-çatlasın tikinti gedir, kor olmalıyam, kar olmalıyam?!
Bu gün də mənim o tikili sahibindən konpensasiya umacağım yoxdur. Mən haram pul istəmirəm. Dünya malında da gözüm yoxdur. 24 il yaşadığım ünvanda, adıma olan 6 metrəlik dəmir qarajı daşla hörüldürməyimə icazə verilməsini ona görə istəyirəm ki, ora köçməklə həyatımı sığortalayım... Lakin bəlkə 10 otaqlı mənzil həcmində bu restoranın tikilməsinə, küçəni zəbt etməklə on mənim qarajım boyda yerə daş döşənməsinə icazə verən Qərib Məmmədov 6 metrlik dəmir qarajı illərdir ki, daşla hörməyə qoymur. Bütün ərazidə və eləcə də mənim qarajımın lap yaxınlığında isə, hətta üzərində 2017-ci il tarixi də yazılmış daş qaraj vardır. Bu qaraj da dəmirdən idi, amma faktdır ki, sənədsiz, icazəsiz daşla hörülüb. Hətta eşitmişəm ki, Rayon Kommunal Təsərrüfat İdarəsi tikib 13.500 manata Dövlətin Şəhərsalma xəritəsində uşaq idman meydaçası kimi qeydiyyatda olan yerdə 1 bloklu 12 mərtəbəli bina tikmiş Elçin adlı sahibkara satıb. Halbuki, mənə o bina tikilən vaxt Bakı Şəhər İH-dən rəsmi məktub gəlmişdi ki, “bu bina modern layihədir, 1-ci və 2-ci mərtəbəsi park-qaraj olacaq”. Amma hazırda 1-ci mərtəbəsi hovuz, 2-ci mərtəbəsi Uşaq bağçasıdır. Qarajı olmayan sahibkar da budur 13.500 manata bu qanunsuz tikilini alıb. Hələ orda dünyanın, o cümlədən ölkəmizin qlobal İçməli Su qıtlığı problemi ilə məşğul olduğu bir vaxtda cənab Elçinin moykası nəinki maşınlar yuyur, üstəlik bahardan qışa kimi xalça-palaz yuyur...
Beləcə, 6 metrəlik dəmir qarajı daşla hörüldürməyimə icazə verməyən Qərib Məmmədov ərazidə yüzlərlə qanunsuz tikiliyə, fəaliyyətə icazə verib.
Cənab Baş Prokuror, Qərib Məmmədova bu qanunsuzluqları xatırlatdıqda “buna o başçı icazə verib, buna bu başçı icazə verib” – deyib yaxasını qaçırır. Bəs vəzifə bölgüsü? Hazırda o, İH baçısı vəzifələrini icra edir. Bundan əvvəl ərazi tikinti, planlaşdırma, təsərrüfat işləri üzrə müavin olub. Onsuz heç bir icazə verilməyib və ya bütün qanunsuz işlərin bir nömrəli səlahiyyətlisi məhz bu adam olub. Elementar bir misal çəkim, tutaq ki, həbsxana rəisi bir cinayətkara evinə getməyə icazə versə, növbətçi hissə məhbusun cəza yerini tərk etdiyinə görə məsuliyyət daşımır?!O, “rəis icazə verib”-deyib cəzadan canını qurtara bilər?! Bu da təsdiqləyir ki,, Qərib Məmmədovun öz “qazanc” yeri, zənginlik mənbəyi olan qanunsuz tikililərə görə cəzadan günahı əvvəlki başçıların üstünə atmaqla yayınması yolverilməzdir.
Ötən il Ölkə rəhbərimiz, cənab İlham Əliyev Nizami rayon İH başçısı Arif Qasımovu məhz həyətdə tikdirdiyi qanunsuz restorana görə çox doğru olaraq işdən çıxartdı. Bu işdə rayonun tikinti, planlaşdırma, təsərrüfat işləri üzrə müavini də, hələ Bakı Şəhər İH –nin müvafiq şöbələri də məsuliyyət daşıyırlar. Arif Qasımov qanunu pozanda niyə onlar buna icazə verirdilər?! Ölkə Başçımız cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, hamı Qanunlara tabe olmalıdır!.
Qərib Məmmədov Saymır prezident tapşırıqlarını! Buyurun fakr: AR Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları 12.12.2020-ci il tarixində gəliblər, rayon İH əməkdaşları ilə birlikdə qanunsuz tikiliyə baxış keçiriblər və 7 günə sökülməsi barədə AKT tərtib ediblər. Bununla bağlı hələ 17.12.2020 tarixdə Qərib Məmmədova, FHN-nin Agentlik rəisi Cəbrayıl Xanlarova AKTla birlikdə məktub göndəriblər. 1 AY 10 gün keçib. Niyə icra etmirlər və açıqca “biz onları tanımırıq, biz Baksovetlə işləyirik”- deyirılər?!
Yeri gəlmişkən yeni yaranmış Qurum da “köhnə hamam, köhnə tas” xarakterində fəaliyyət göstərir. Yeni Qurumun Əməkdaşları köhnədən qalma olduqları üçün Baksovetlə, rayon İH ilə köhnə prinsiplərlə işləməyə üstünlük verirlər. Əslində onların AKTları da,qanunsuz tikilinin 7 iş günü ərzində sökülməsi ilə bağlı Məktubları da “gözdən pərdə asmaq”, - şablon təsiri bağışlayır. Ya Özlərini sığortalayıblar, ya da qanunsuz tikilinin sahibkarından qazanc üçündür bu Pafos! . Onlar üçün şikayət, onun sakinlərin real təhlükəsi heç bir əhəmiyyət kəsb etmir. Dövlət, Qanun öz maraqdan sonra gəlir.
Cənab baş prokuror Konkret olaraq “burda mənəm, Bağdadda kor xəlifə” xasiyyətli Qərib Məmmədov keçən il 23 oktyabrda məni qəbuluna çağırıb təhqir və təhdid etdikdən sonra dəmir qarajı daşla hörüldürməyimə guya icazə verilməsi məqsədilə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdidəki Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsinə əslində böyük hiyləgərliklə qarajın çürüyüb istifadəyə yararsız olduğu barədə məktub göndərdi. Halbuki qanunsuz tikililərin heç biri üçün belə məktublar göndərilmir. Bu məktub həmin yeni Qurum - AR Şəhərsalma və Arxitektura Idarəsində YOXA ÇIXDI. Qeyd edim ki, Baksovetin Ərazi Planlaşdırma Şöbəsinin Rəna adlı əməkdaşı rəisləri M.Əlmədətov mənə “bu məsələlər bizdən alınıb, Arxkoma verilib” məzmununda məktublar göndərənə və Məmməd Qasımovun məni təhdid etmək, bəlkə də başıma “qara torba” salıb aparmağa gəldiyi günə kimi mənə demişdi ki, “narahat olmayın biz onlardan götürə bilirik”. Bu bir ip ucudur YOXA ÇIXMIŞ məktubun yerini müəyyən etmək üçün. Faktdır ki, 23 oktyabrdan yalnız 10 dekabrda sürəkli yazışmalarımdan, zənglərimdən sonra məktub tapıldı və “baxılır, araşdırılır” deyə-deyə 22 dekabrda mənə məktubun surəti yetişdi ki, burada “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” AR Prezidentinin 21.12.2018-ci il tarixli 460 saylı Fərmanının 3.2.1 maddəsinə müvafiq sənədlərin məktuba əlavə olunmalı olduğu vurğulanıb. Bu sənədlər sırasında (3.2.1.) torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti nəzərdə tutulur ki, mən 23 dekabrda Nizami rayon Bələdiyyəsinin 29.12.2012-ci il tarixli 14 saylı Qərarını, Qarajın Layihəsini və şəxsiyyət vərəqimi və qarajın foto şəkillərini təkrar olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həmçinin bu Qrumun Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsinə göndərdim.
Bu da əcaib məsələdir ki, 22 dekabrda Qərib Məmmədov və surəti mənə ünvanlanmış məktubun tarixi 25 noyabr yazılmışdır. Mən 23 dekabrda qeyd olunan sənədləri Quruma göndərdikdən sonra Yenə MƏKTUB İTİB! Maraqlandıqda Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsindən Nigar Bədəlova xeyli müddət “xəstələnib” işə çıxmır, çıxdıqda MƏKTUBUNUZU Komitəyə yönəltmişik, deyir, Komitənin məktublar şöbəsi – Mahir müəllim, axtar ki, axtar TAPA BİLMİR! TELEFONUMU ALIR Kİ, TAPAN KİMİ SİZƏ XƏBƏR EDƏCƏYƏM, 10 GÜN KEÇİR ÖZÜM XƏBƏR TUTMAQ ÜÇÜN ZƏNG EDİRƏM məlum olur ki, o 2 həftə disstant işləyəcək. Bax beləcə Yeni Qrum tikintiyə icazə vermək üçün Qanunun tələblərinə uyğun olaraq istədiyi SƏNƏDLƏRİ GÖNDƏRSƏM də artıq 40 gündür ki, MƏKTUBUM YERLİ-DİBLİ YOXA ÇIXIB!
Diqqət edilsin, Qanun “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” –dır. BUDURMU sadələşdirilmə?!
Aydın görünən odur ki, “Ağa nəzərəm, belə gəzərəm” misalındakı kimi Qərib Məmmədovun hökmü qarşısında dövlət qurumları da, qanunlar da zəifdirlər. Bununla birlikdə onun üçün Vətəndaş da , onun hüquqları, maraqları, əsas da təhlükəsizliyi bir heçdir. ONUN ÜÇÜN RÜŞVƏTİN HAKİMİYYƏTİ ŞAHDIR! QANUNUN YOX! Budur o, RÜŞVƏT Verən 1-ci blokdakı biznesmen sakinə yaşayış binasına bitişik restoran icazəsi verir, Rüşvət verməyən- 35 il xalqın elmi təfəkkürünə xidmət edən alim sakinə 6 metrəlik dəmir qarajı daşla hördürməyə icazə vermir!.. Rüşvət sözünü ona görə işlədirəm ki, qanunsuz restoranın sahibinin ad-soyadı - Səfər Rəşid oğlu Bayramov adlı hər halda məşhurumuz yoxdur və həmçinin də 50 saylı Mİİ-nin mühəndisi Z.Heydərov mənə onun Rusiyada yaşayan biznesmen olduğunu, sənədləri Baksovetə göndərəcəyini deyib...
Cənab baş prokuor bu məqamda xalq şairimiz B.Vahabzadənin qiymətli misralarını yada salmaq istəyirəm:
“Biz veririk böyüklərə, böyüklər də böyüklərə”.
Bu misralar elə Q.Məmmədov kimi məmurlara, ona havadarlıq edənlərə aiddir.
Məsuliyyətlə deyirəm, Qərib Məmmədov bu məsul vəzifəyə uyğun məmur deyil. Sizlər - Dövlətin Hüquq Mühafizə rəhbərləri ən sadə bir yoxlama əmri versəz onun “memarı” olduğu 100-lərlə qanunsuz tikili, səkilər belə zəbt olunmaqla yaradılmış ticarət və s. obyektlər cinayət faktları kimi əsas olacaq.
Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifələrini icra edən Qərib Məmmədov A.Qasımovdan fərqli, hətta qeyri-dövlətçilik mövqeyində bir şəxsdir. Mən bunu sübut edə bilərəm. Min şükür Arif Qasımova. Qərib Məmmədov öz “dəstəsi” kimi işlədir əməkdaşları. Kuryer, reket, poçtalyon və s. Məsələn, onun 23 oktyabr tarixli saxta məzmunlu məktubunu evimə İH-nin 2 məmur-əməkdaşları gətirdi. Vilayət Sadıqov lap mədəniyyətsizliklə, vicdansızlıqla (pandemiya dövrü!..) mənim xalçamın üstünə ayyaqqabı ilə keçib stulda oturdu və mənə dedi ki, biz məktubu göndəririk, “onlara” özün yol tap! Mən ona qanun yolunu tanıdığımı və məktubu ünvanıma poçtla göndərməsini dedim. Yəqin düz bilirmiş V.Sadıqov yeni Qurumun “yolu” Qanun deyilmiş... Qanun olsaydı Məktublar itməzdi!..
Qərib Məmmədovun əməkdaşları kuryer, paçtolyonluqdan başqa dəllallıq da edir. Məsələn, onun “sağ qolu”, - 50 saylı Mİİ-nin mühəndisi Zülfüqar Ərazidəki bütün qanunsuz tikililərin Qərib Məmmədovla razılıq işlərini həll edir. Hətta Z.Heydərov ərazidə bütün sakinləri yaxşı tanıdığına görə Müharibə müddətində ərazi polis sahə rəisi ilə birlikdə gecələr yalnız kasıb sakinlərin ünvanına gedib hədə-qorxu gəlməklə orduya göndərib. Eşitmişəm ki, Nizami rayonunun hərbi komissarı işdən çıxarılıb. Bəlkə də o, Çağırışçıları əsl siyahi ilə yox, Z.Heydərovun siyahisi ilə yığdığı Səbəbi ilə çıxarılıb, bilmirəm. Amma bizim ərazidən “F” adlı bir gənc ki, orduya göndərilib, bu fakt araşdırılsa onun üçün mütləq cinayət işi açılar.
Hörmətli baş prokuror! Mən bunları yazıram. Ona görə ki, Vətən hamımızındır, ancaq bir qrup şəxs VARLANMAQ ÜÇÜN KASIB ADAMLARIN HƏYATINA, HÜQUQLARINA TÜPÜRÜBLƏR! Qərib Məmmədov və havadarları biz, - kasıb təbəqənin hətta həyati təhlükədən qorunmaq qədər ali hissimizə hörmət qoymur. Məsələn, Qərib Məmmədov bu qanunsuz tikilinin Özəlləşməsi məqsədilə Səfər Bayramov adlı sahibkara Dövlət Əmlak Xidmətinə təqdim etmək üçün Sərəncam verib. Onlar- DMMX də “Yaşayış sahəsinin təyinatı və ondan istifadə etmək hüdudları” qanunu ayaq altına alaraq, Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərin huququnu taptalayaraq yaşayış sahəsindən restoran fəaliyyəti ilə istifadə olunmasına İCAZƏ verən ÖZƏLLƏŞDİRMƏ ÇIXARIŞI verib. Bununla da bir Dövlət Qurumu olaraq binada yaşayan “digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələblərini” pozub! Şikayət edirəm, o qurum utanmadan evimə “”söhbət etməyə” adam göndərir, sonra mənə sürəkli cavab yazır ki, “bizim sökməyə səlahiyyətimiz çatmır”... Əvvəla mən bu qədər savadsız deyiləm ki,onlara “sökün”deyim? Digər tərəfdən onların səlahiyyətləri rüşvətlə “tikmək” hüququna çatdığını anlayıram.
Qərib Məmmədov Səfər Bayramova binanın eni boyda və 2 blok uzunluqda bu qanunsuz tikilidən sonra yaşıl işıq yandıraraq küçəni zəbt etməklə mənim qarajım həcmdə 10 qaraj yerləşəcək açıq kafe-restoran yaratmağa icazə verib. İndi də sökülməsi əmrini icra etmir!
Qərib Məmmədov o cümlədən bu qanunsuzluğa yol vermiş zəngin vəzifəlilər malikanədə yox, bu binada yaşasaydılar, ailələlərinin həmin restorandan ucalan “səsləri” eşitməyə razı olardılar?! Bu kasıb sakinlərin təəssüb hissinin alçaldılmasıdır! Vicdanları necə yol verir ki, kasıb vətəndaşlar təxribat üçün əsl sərfəli yer olan, üstəlik işıq xətti yerlə sürünməklə hər gün ölüm saçan o restoranın təhlükəsini yaşasınlar?!
Vətəndaşı saymırlar heç olmasa ölkə rəhbərinin məhz məmurlara ünvanlı bu kimi göstərişlərini diqqətə alsınlar: “Bu gün heç kim, cinayət törətmiş insan, - vəzifəsindən aslı olmayaraq məsuliyyətdən boyun qaçıra bilməz. Heç kim qanundan üstün deyil. Bunu hər kəs bilməlidir”.
Cənab baş prokuror, mən Sizə dövlətə, qanunlara, o sırada Prezidentin tapşırıqlarına məhəl qoymayan Qərib Məmmədov və havadarlarından şikayət etdiyim bu məqamda məşhur milli kino-film qəhrəmanlarımız Kələntər dayını, Qurd Cəbrayılı, Qaloşlunu xatırlatmaq istəyirəm. Bu gün dövlət məmurları arasında bu cür cinayətkar xarakterli, nəinki “ikiüzlü”, hətta “onüzlü” məmurlar çoxdur. BİZ sadə vətəndaşları xilas edin bu ünsürlərdən. Onlara “qanundan üstün” olmadıqlarını ciddi yoxlamalarla sübut edin.
Mən artıq 5 aydır məmurlara şikayətlər ünvanlayıram, bu məsələni medyada ictimailəşdirirəm. Həll olunmur! Çünki Ərizəni rüşvət verməyənlər yazır və hamı mənim kimi əziyyət çəkir. Axı absurddur Dövlət müəssisəsində Məktubun İtməsi! Vətəndaş Müraciətlərinə Baxılması qanunu işləmir və ya formal işləyir. Sadələşdirilmiş məsələ 3 ayda həll olunmursa hüquqi dövlətə, qanunlara, hakimuyyətə inam sarsılır! Məni, ölkənin alimini, yaşlı tənha qadını, əlil vətəndaşı vadar edirlər ki, xarici səfirliklərdən həyati təhlükəsi ilə bağlı olaraq SIĞINACAQ istəsin! Siz, Sizdən sonra ölkə prezidentinə müraciətim saya salınmasa mən bunu edəcəyəm. Buna yol verməyin!
Ölkə rəhbərimiz son çıxışında xüsusilə vurğulamışdır: “TƏMİZLƏMƏ prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kəs hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var”. Bundan çıxış edərək də Dövləti, Konstitusiyasını, Qanunları taptalayan Qərib Məmmədov və onun təmsil olunduğu dəstə cəmiyyətimizdən “TƏMİZLƏNMƏLİDİR”!
Sonda dünən Xırdalanda baş vermiş parlayışı və faciəli ölümləri yada salmaq istəyirəm. FHN məlumatında əməliyyata Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən 228 nəfər şəxsi heyətin, 19 ədəd texnika və 4 xüsusi təlim keçmiş itin, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər şəxsi heyətin və 3 ədəd texnikanın cəlb olunduğu bildirilir. O bina da yaşayış binalarına çox yaxınlıqda idi və ordakı mənzillər və sakinlər ziyan görüblər. Allah uzaq eləsin, birdən 2-ci blokunda yaşadığım binanın 1-ci blokundakı mənzilə bitişik tikilmiş qanunsuz Restoran partlasa FHN daha çox sayda şəxsi heyət və və s. cəlb oluna bilər və daha çox sayda kasıb insanlar məhv olar. Bu baxımdan FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov və eləcə də Qərib Məmmədov AR Şəhərsalma və Arxitektura Idarəsinin ONLARA ÜNVANLANMIŞ 17.12.2020-ci il tarixli məktubun 7 iş günü ərzində yerinə yetirilməsi tələbini nəzərə alsınlar.
Bütün bunları yazaraq Sizdən – AR Baş prokurorundan həyati təhlükəmi, AR Konstitusiyası ilə qorunan vətəndaş “hüquqlarımı və qanuni mənafelərimi, habelə mənzil hüququmu nəzərə alaraq, eyni zamanda yaradıcı şəxs olaraq yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri qeyd-şərtsiz pozmaqla işgüzar fəaliyyətimə mane olan bu obyektin sökülməsi ilə bağlı Qərarı icra etməyən, Nizami rayonunda bu kimi saysız hesabsız qanunsuzluqların “memarı” Qərib Məmmədov, onun havadarları barədə, cinayət təqibi başlamasına və AR Şəhərsalma və Arxitektura Komitəsində haqqım çatan icazənin mənə verilməməsi məqsədilə müəmməalı surətdə YOXA ÇIXAN MƏKTUBUMUN tapılıb vicdan və qanunla cavablanması ilə bağlı (tələb etdikləri sənədləri göndərmişəm”!) əmr verməyinizi xahiş edirəm.

Xatirə Quliyeva












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.