Deputat oğlu aldatdığı vətəndaşların pulu ilə obyektlər inşa etdirir – FOTOFAKT
8-02-2016, 22:06
Deputat Elmira Axundovanın oğlu Həbib Axundovla bağlı məsələlər yenidən gündəmə gəlib. Məlumatınız var ki, Həbib Axundov bir neçə vətəndaşdan – Fərman Məmmədovdan 575 min, Ziya Əliyevdən 205 min, Elvin Əliyevdən isə 202 min manat borc pul alaraq geri qaytarmaqdan boyun qaçırır. Amma aldığı pulların müqabilində özünə biznes qurub, şəhərin müxtəlif ünvanlarında bir neçə bahalı mənzil, həmçinin ən son model avtomobillər alıb. Mətbuatda bu barədə yazılıb. Qeyd edək ki, mətbuatda Həbib Axundovun “Favorit” marketlər şəbəkəsinə rəhbərlik etməsi, eyni zamanda onun adına ölkənin əksər banklarında külli miqdarda kredit borclarının olması barədə faktlar açıqlanıb. Hətta onun “AKİ İnter” Xaricdə təhsil Mərkəzinin rəhbəri Kənan Cəlilovla əlaqələrindən bəhs edilir. Bildirək ki, hazırda xaricdə imtahansız təhsil təklif edən onlarla şirkət fəaliyyət göstərir ki, onlardan biri də “AKİ İnter” təhsil mərkəzidir. “AKİ İnter” 1998-ci ildən fəaliyyət göstərir. Mərkəzin yaradıcısı Azər Cəlilovdur. “AKİ” sözünün açması isə onun digər qardaşlarının adı ilə bağlıdır. Digər qardaş isə Kənandır ki, onun Həbib Axundovla yaxınlığı, hətta xaricdə birlikdə dəbdəbəli istirahət etmələri onlar arasında sıcaq münasibətlərdən xəbər verir.
Bu istiqamətdə Serhed.info-nun apadığı araşdırmalar zamanı maraqlı faktlar əldə etmişik. Məlumata görə, birbaşa Axundovlar ailəsinin maddi və mənəvi dəstəyinə arxalanan Cəlilov qardaşları məqam yetişəndə, Axundovların adından lazımınca istifadə edir. Amma Həbib Axundov da dostluğuna biganə yanaşmır. Çünki belə olmasaydı, Nərimanov rayonunda yerləşən «Şəhər bağları» ilə üzbəüz təkcə torpağının qiyməti 300 000 manatdan artıq olan yeri alaraq Cəlilov qardaşlarına verməzdi ki, orada «AKİ inter» üçün yeni dəbdəbəli, göz oxşayan və qiyməti bir neçə milyon olan 4 mərtəbəli obyekt inşa edilsin.
Bir neçə yaşayış binasının arasında inşa edilən obyekt təhlükəsizlik baxımından böyük problemlər yaradır. Çünki obyektin tikintisi zamanı tikinti normaları kobud surətdə pozulub. Belə ki, «AKİ İnter»in yeni ofisi ilə yaşayış binaları arasında məsafə olduqca yaxındır. Digər tərəfdən isə binanının həyətinə gedən yolu darlaşdırıb. Yəni hansısa fövqəladə vəziyyət yarandığı halda yaşayış binasının həyətinə FHN avtomobillərinin girişi mümkün olmayacaq. Çünki «Azərpoçt»un 6 saylı filialının müştəri xidmətinin yerləşdiyi bina ilə «AKİ İnter»in ofisi arasındakı məsafə çox azdır. Maraqlıdır ki, paytaxtda daşı-daş üstə qoyanda İcra Hakimiyyətinin rəsmilərindən tutmuş Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına kimi hər kəs tökülüb gələrək tikinti ilə bağlı icazə varsa, bütün sənədləri hələk-vələk edirlər.
«AKİ İnter»in yeni ofisinin tikintisi üçün razılığı görəsən, kim verib? Digər tərəfdən, niyə sadə vətəndaşların həyatı üçün ciddi təhlükə yaradılıb? Hətta ölkə başçısının yaşıllıqların qorunması ilə bağlı tapaşırığı da ofisin tikintisi zamanı unudulub. Şəkillərdən də gördüyünüz kimi, iri gövdəli ağaclar qırılaraq məhv edilib.
Bildirək ki, bu istiqamətdə apardığımız araşdırmalar zamanı maraqlı məqamlar üzə çıxdı. Məlum oldu ki, külli miqdarda pul hesabına alınan razılıq zamanı Elmira Axundova faktoru böyük rol oynayıb. Hətta bu istiqamətdə deputatla Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin rəhbərliyi arasında ilk öncə narazlıq baş verib. Amma sonradan hansısa maraqlar (?) xatirinə tikintiyə razılıq əldə edilib. Bununla da yüzlərlə insanın həyatı təhlükəyə atılıb.
«…hər kəs qiyməti milyonlarla ölçülən obyektin deputat Elmira Axundovaya məxsus olduğunu bildirdi»
Həbib Axundovun yeni inşa etdirdiyi obyektlər sırasında Bakı şəhəri, Nəsimi rayonu N.Yusifbəyli küçəsi 72 ünvanındakı (Gənclikdə “Bakı Sağlamlıq Mərkəzi” ilə üzbəüz) qeyri-yaşayış sahəsi də var. Fərman Məmmədov kimi insanların külli miqdarda pullarının arxasına keçilməsi sayəsində, böyük obyektlər inşa etdirən Həbib Axundov bir çox hallarda anasının mandatını irəli verir. Sifarişçisinin fiziki şəxs olduğu yazılan məlumət lövhəsində əsl həqiqət gizlədildiyindən qısa araşdırma apararaq obyektin kimə məxsus olduğunu üzə çıxardıq. Yaxınlıqda fəaliyyət göstərən ticarət obyektlərindən və həmin ərazidə yaşayan sakinlərdən soruşduqda hər kəs qiyməti milyonlarla ölçülən bu obyektin deputat Elmira Axundovaya məxsus olduğunu bildirdilər. Hətta tez-tez inşa edilən obyektin qarşısında dövlət nömrə nişanı 111 olan avtomobillərin dayandığını qeyd etdilər
Əlbəttə ki, deputat maşı ilə şəhərin mərkəzində belə bir obyekt inşa etdirmək olmaz. Ona görə də, əlaqədar qurumların bu istiqamətdə ciddi araşdırma aparmasına ehtiyac var. Axı ölkə başçısı da dəfələrlə bu kimi qanunsuzluqlara son qoyulmasına toxunub.
teref.az olaraq qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!