RYTN-nin daha bir vəzifəlisi hədəfdə - Ağamirzə Ağamirzəyevin başı dərddə

10-02-2016, 13:59           
RYTN-nin daha bir vəzifəlisi hədəfdə - Ağamirzə Ağamirzəyevin başı dərddə
Kabel Magistralları Texniki Qovşağının rəisi Ağamirzə Ağamirzəyevin həbsinə hazırlıq gedir Beytulla Hüseynovun yaxın adamı kimi tanınan bu şəxs dövlətin büdcəsinə külli miqdarda ziyan vurub Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) aparılan kadr islahatları, eləcə də həyata keçirilən həbslər hamıya məlumdur. Qeyd edək ki, nazirliyin bəzi vəzifəli şəxsləri işlərində yol verdikləri ciddi nöqsanlara görə həbs olunublar. Bundan başqa, prezidentin sərəncamı ilə nazir Əli Abbasov tutduğu vəzifədən kənarlaşdırıldı, onun yerinə isə Ramin Quluzadə təyin edildi. Yeni nazir öz növbəsində bu strukturda bəzi islahatlar həyata keçirib. Yaxın gələcəkdə həmin islahatların davam etdiriləcəyi gözlənilir. Amma bir məsələ maraqlıdır ki, adı daim qalmaqallı işlərdə hallandırılan «Aztelekom» İB-nin tabeliyində fəaliyyət göstərən Kabel Magistralları Texniki Qovşağının (KMTQ) rəisi Ağamirzə Ağamirzəyevin barəsində heç bir ölçü götürülmür. Hansı ki, bu şəxsin nazirliyin həbs olunan yüksək vəzifəli şəxsləri ilə yaxın əlaqələri olub. Hətta deyilənə görə, Ağamirzə Ağamirzəyev BTRİB-in hazırda həbsdə olan sabiq rəisi Beytulla Hüseynovun «sağ əli» kimi tanınıb.
teref.az xalqxeberə istinadən yazır ki,daxil olan məlumatlarda deyilir ki, qovşaq rəisi ötən müddət ərzində dövlət büdcəsinə külli miqdarda ziyan vurub. Və bunun nəticəsində şəhərimizin müxtəlif yerlərində bahalı villalara, o cümlədən ticarət obyektlərinə sahib çıxmağı bacarıb: «Ağamirzə müəllimin övladları pulu təhsil alıb. O uşaqlarının təhsil almasına külli miqdarda pul xərcləyib. Halbuki, onun aylıq maaşı ilə bunu etmək mümkün deyildi. Deyilənə görə, qovşaq rəisi hazırda Türkiyədə yaşayan iki qızını bu ölkədə dəbdəbəli villalarla təmin edib. Həmçinin Azərbaycanda qeyri-qanuni yolla qazandığı pullar hesabına özünə Türkiyədə biznes qurub. Rəisin kürəkənlərindən biri onun xalça biznesinə, digəri isə otel biznesinə nəzarət edirlər. Bu qovşağın vasitəsilə dövlətin milyonları havaya sovrulub. Rabitə qurğularının və avadanlıqlarının zədələnməsi sahələrində aparılan maxinasiyalar rəisə külli miqdarda qazanc verib. Məsələn sözügedən kabel qovşağı magistral kabellərdə baş vermiş zədələnmələri aradan qaldırmaq üçün smeta tutur. Sadəcə həmin smetalarda şişirdilmiş rəqəmlər göstərilir. Bunun müqabilində isə ayrılan vəsaitlərin müəyyən hissəsi rəisin cibinə daxil olur. Politilen örtüklü zirehli və tək politilen örtüklü asqı telli (troslu) zirehli kabellərin 1-2 manat civarında olmasına baxmayaraq, qovşaq rəhbəri həmin kabelləri 7-8 manat arasında hesablayır». Ağamirzə Ağamirzəyevin fəaliyyətindəki qanun pozuntularını sadalamaqla bitməz. İnanmaq istərdik ki, baş verən hadisələrdən sığortalandığını zənn edən qovşaq rəisi tezliklə nazir Ramin Quluzadənin qəzəbinə tuş gələcək və o tutduğu vəzifəsindən uzaqlaşdırılacaq. Bundan başqa, bu şəxsin fəaliyyəti aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hərtərəfli araşdırılmalı, nazirliyin həbs olunan əməkdaşları ilə əlaqələri yoxlanmalı və barəsində cinayət işi açılmalıdır. Qeyd edək ki, məsələ ətrafında araşdırmalarımız davam edir. Yaxın günlərdə Ağamirzə Ağamirzəyevin pullarını xarici bank hesablarına kimlərin vasitəsilə köçürməsi barədə konkret faktları açıqlayacağıq. Bizi izləyin.
teref.az olaraq Ağamirzə müəllimlə əlaqə saxlamaq istəsəkdə, zənglərimizə cavab verən şəxs bizimlə əlaqə saxlanacağını deyib telefonu qapatdı. Buna baxmayaraq qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.